vaxtlı-vaxtında oxuyun! Cümə, 24 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0123 AZN
Rusiya rublu 1 RUB = 0.0291 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2659 AZN
Türk lirəsi 1 TRY = 0.4329 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
22:40 | 8 aprel 2016 | Cümə Məqaləyə 577 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bir saylı dərdimiz»

Ən effektiv yol güclü müttəfiq dövlət tapmaqdır

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya niyə birdən-birə qollarını çırmayıb Dağlıq Qarabağ probleminin həllinə girişdi? Səbəblərdən birini deyim.

Son vaxtlar Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı real məzmun alıb və bu sahədə konkret addımlar atılmağa başlanıb. Hərbi hava qüvvələrinin birgə təlimləri sizə elə-belə gəlməsin. Yəqin ki, quru qüvvələrinin də birgə təlimləri də planlaşdırılır, yaxud düşünülür. Azərbaycan prezidentinin Türkiyəyə son səfəri zamanı zabitlərin qarşılıqlı mübadiləsi barədə saziş imzalanıb. Aydındır ki, Türkiyə Silahlı Qüvvələrinin bizim zabitlərə ehtiyacı yoxdur, söhbət türkiyəli zabitlərin bura gəlməsindən gedir. Yəni aparılan siyasət iki ordunun inteqrasiyasına, bərabər hərəkət imkanları və qabiliyyətlərinin yaranmasına yönəlib. Bu durum Rusiyanın narahatlığına səbəb oldu. Ərdoğandan çəkinirlər, Rusiya mediasını diqqətlə izləyən bunu fərq edə bilər. Çünki Ərdoğan sağı-solu bəlli olmayan, proqnozlaşdırılması çətin bir adamdır, günün birində yeni «Qafqaz İslam Ordusu» formalaşdırıb, Azərbaycana göndərə bilər. Başa düşürəm ki, bu fikrimə qarşı çoxlu arqument tapmaq mümkündür, bəzilərinə qeyri-ciddi də görünə bilər, amma nəzərə alın ki, Rusiya kimi dövlətlər hər ehtimalı, hər mümkün ssenarini düşünərək siyasət yeridir və öz maraqlarına qarşı təhlükəni (xüsusən yaxın xaric dedikləri postsovet məkanında) hələ o təhlükə yaranmamış neytrallaşdırmağa cəhd edir.

Bununla bağlı başqa bir məqam isə Azərbaycan və Türkiyənin hərbi ittifaq yaradaraq ölkəmizdə daimi əsasda Türkiyə hərbi kontingentinin yerləşdirilməsi ehtimalıdır. Bu da bəzilərinə qeyri-mümkün variant kimi görünə bilər, amma Moskvada bu ehtimalın da ciddiyə alındığına əminəm. Rusiya hazırda başqa məqsədləri ilə yanaşı, həm də bu qeyd etdiyim ehtimalları neytrallaşdırmaqla məşğuldur.

Rusiya Qarabağla bağlı elə bir plan reallaşdırmaq istəyəcək ki, münaqişə həll olunduqdan sonra da Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlaya bilsin və əlində Azərbaycana qarşı daimi basqı aləti qalsın. Bu, rus əsgərlərinin üstünlük təşkil edəcəyi sülhməramlı qüvvələrin ərazimizə yeridilməsi şəklində də ola bilər, başqa şəkildə də. Əhməd Davudoğlunun Türkiyənin Qarabağ məsələsinin həlli prosesindən kənarda saxlanılmasından narahatlığını dilə gətirməsi təsadüfi ya da standart fikir deyil.

Azərbaycan təəssüf ki, təhlükəsizlik riskləri ilə dolu, olduqca bərbad bir coğrafiyada yerləşir. Rusiya və İranla qonşuluq Skilla və Maribda arasında qalmaq kimi bir şeydir. Biz təklikdə öz təhlükəsizlik problemlərimizi həll etmək gücünə və potensialına sahib deyilik, bundan 50 il, bəlkə 100 il sonra da belə bir gücümüz olmayacaq. Ona görə də, ya güclü bir müttəfiqə malik olaraq bu müttəfiqliyi hüquqi öhdəliklərlə möhkəmləndirməliyik, ya da güclü bir hərbi blokda təmsil olunaraq təhlükəsizliyimizə təminat almalıyıq. NATO-ya inteqrasiya strateji kursumuz olmalıdır, lakin bu, uzunmüddətli prosesdir. Azərbaycanın nə vaxt NATO üzvlüyünə hazır hala gələcəyini və onların bizi nə vaxt qəbul etməyə hazır olacaqlarını proqnozlaşdırmaq mümkün deyil. Bu səbəblə ən effektiv yol güclü müttəfiq dövlət tapmaqdır ki, Türkiyədən başqa ikinci belə bir ölkə yoxdur. Rusiyanın hazırkı basqılarından yayınaraq Türkiyə dövləti ilə hərbi ittifaq yaradılması barədə intensiv məsləhətləşmələrə başlamalıyıq.

Hələ ki, başqa yol görmürəm.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)