vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SƏHİYYƏ, ORDU  
19:26 | 11 aprel 2016 | Bazar ertəsi Məqaləyə 3412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ölülərlə müharibə aparmırıq»

«Erməniləri vəhşiliklərini edə bilmərik»

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Erməni tərəfinin Azərbaycan hərbçilərinin erməni əsgərlərinin cəsədlərini təhqir etmələri ilə bağlı yaydığı bəyanatlar həqiqətəuyğun deyil. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

«Erməni tərəfi belə bəyanatlar yaymaqla dünya ictimaiyyətinin diqqətini Qarabağ münaqişəsi ilə bağlı yanlış istiqamətə yönəltməyə və azərbaycanlıları vəhşi kimi təqdim etməyə çalışır», - deyə məlumatda vurğulanır.

Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycan tərəfi ölən şəxslərlə humanist davranır, heç bir təhqir və işgəncə faktları olmayıb: «Azərbaycan ordusu ölülərlə müharibə aparmır. Ermənistan Azərbaycanın humanistliyini qiymətləndirərkən nəzərə almalıdır ki, hərbi əməliyyatları biz dayandırdıq və beləliklə, həm də daha çox erməni hərbçisinin məhv olmasının qarşısını aldıq».

«Biz ölən əsgərlərimizin valideynlərinin, ailə üzvlərinin emosional vəziyyətini nəzərə alaraq, erməni tərəfindən hərbi qulluqçularımızın meyitlərinin təhqir olunması ilə bağlı faktları bildirmədik. Azərbaycan əsgərləri heç vaxt ermənilərin etdikləri vəhşilikləri edə bilməzlər. Erməni tərəfi belə bəyanatlar yaymaqla Azərbaycanı dünya ictimaiyyətinə vəhşi kimi təqdim etmək niyyəti güdür», - deyə məlumatda bildirilir.