vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MÜƏLLİF  
13:39 | 26 yanvar 2013 | Şənbə Məqaləyə 3056 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu yaz deputatların yükü nə olacaq?»

Fərəh SABİRQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Yanvarın 15-dən parlamentin komitələri işə başlayıb. Fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk toplantısının gündəliyinə 14 məsələ daxil edilib.

İlk iclasda deputatlara yaz sessiyasında müzakirəyə çıxarılacaq məsələlər barədə açıqlama veriləcək. Bəzi komissiyaların tərkibi yenilənəcək. İmzalanan bir sıra iqtisadi sazişlər Milli Məclis tərəfindən təsdiqini tapacaq. Bəzi sənədlər parlamentdən keçəndən sonra diplomatik pasportu olan şəxslər İtaliya, Portuqaliya, Monteneqro kimi ölkələrə viza almadan gedə biləcəklər. Konstitusiyaya uyğun olaraq parlamentin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin 2012-ci ildəki fəaliyyətinə dair hesabatı dinləniləcək.
Lakin düşünməyin ki, parlamentin bu ildəki ilk iclası elə bu cür sakitliklə qəbul edilən sənədlərə baxmaqla keçəcək. Fevralın 1-nə olan gündəliyə salınan məsələlər arasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi də var. Hələlik Məcəlləyə hansı dəyişikliklərin olunacağı barədə açıqlama verilməyib. Ölkədə seçki ili olduğunu nəzərə alsaq, Seçki Məcəlləsinə istənilən xarakterli dəyişikliyin ictimaiyyət tərəfindən maraqla qarşılanacağını demək olar. Bundan əlavə, ilk iclasda deputatlar İnzibati Xətalar Məcəlləsinə əlavələri də müzakirə edəcəklər. Bu dəfə hansı xətaya görə hansı məsuliyyət növü, hansı cəza dəyişəcək – hələlik, bilinmir.
Ümumilikdə, ictimaiyyətin yaz sessiyasından gözləntiləri çoxdur. Məsələn, neçə illərdir deputatlar və vətəndaş cəmiyyəti “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ilə bağlı bir ortaq məxrəcə gələ bilmirlər. Hər dəfə elan edilir ki, artıq bütün qurumlarla razılaşma var və sənəd qəbul olunacaq. Amma sonra proseslərə birdən-birə “Stop” deyilir. Sonuncu dəfə bu sənədin yaz sessiyasına saxlanması haqda xəbər verilmişdi.
Hər kəsin marağında olan digər bir məsələ – ailənin tək övladının hərbi xidmətdən azad olunmasına dair təklifin də bu yaz parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir. Artıq indidən bu təkliflə bağlı fikirlər haçalanır, diskussiyalar qızışır. Parlamentdə bu məsələnin sakit keçməyəcəyi indidən bəllidir.
Təbii, əhalini maraqlandıran əsas məsələlər sosial mövzuda olan qanunlardır. Neçə ildir barəsində danışılan daha bir sənəd də deputatlar tərəfindən qatının açılacağı günü gözləyir. Söhbət gənc ailələrə sosial dəstək haqqında layihədən gedir. Bu qanun qəbul edilsə, yeni ailə quran gənclər daha rahat şərtlə ipoteka alacaq, işlə təmin olunacaq, digər sosial güzəştlər əldə edəcəklər.
Parlamentin yaz sessiyasında Təhsil krediti, Xeyriyyəçiliklə bağlı qanun layihələrinin də müzakirə oluna biləcəyi istisna deyil. Fevralın 1-dək komitələr yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcək, məqsədəuyğun hesab edilən sənədləri Milli Məclisin müzakirəsinə tövsiyə edəcəklər. Hələlik, Milli Məclisin saytında yaz sessiyasının iş planı asılmayıb. “Qanun layihələri” bölməsində də heç bir sənəd yerləşdirilməyib.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)