vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 iyun 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BANK, BİRJA, SIĞORTA  
18:54 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 1129 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bank of Azerbaijan»ın iflas proseduru başlandı

«Kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq»

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81) 1404/16 saylı qətnaməsi ilə «Bank of Azerbaijan» ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilib.

Fonddan Modern.az saytına verilən məlumata görə, artıq «Bank of Azerbaijan»ın kreditorlarının tələblərinin qeydə alınması başa çatıb.

Azərbaycan Respublikasının «Banklar haqqında» Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan «Bank of Azerbaijan» ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 05 fevral 2016-cı il tarixdən başlanılıb və 05 aprel 2016-cı il tarixində başa çatdırılıb.

Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq. Əlavə suallar üçün xahiş edirik, aşağıdakı ünvana müraciət edəsiniz.

Ünvan: Bakı ş. Akademik Həsən Əliyev küçəsi 24. Əlaqə telefonları: 175 qaynar xətt, ( 99412) 499 70 00, ( 99412) 596 65 91/92/93


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *