Deputat qayınanaların tərəfini tutdu
«Qab yuya, yumurta bişirə bilməyən gəlinlər var»
Ağa AKİFOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təbiətlə əlaqə tələbi
Hər 4 uşaqdan 3-ü canlı aləmlə ünsiyyətdə olmaq istəyir
-
Məmnun olmayan, sevinə bilməyən gənclik...
Duyğusuz gələcəyi biz travmalı nəsil yetişdirmişik
-
Rusiya demoqrafiyası “əriyir”
Uşaq doğuşu statistikası 90-cı illərin səviyyəsinə çatır
-
Körpələrdə “çöp mifi”
Niyə görə tək azərbaycanlı uşaqlarda “çöp” qalır?
-
Duman
(hekayə)
-
Körpə yuxusu necə olmalıdır?
Miflər və faktlar ...
-
Hamiləlik tarix olur
Körpələrin ana bətnindən kənarda böyüyə biləcəyi “Süni Uşaqlıq”
-
Körpələri gözləyən gizli təhlükə
İnfeksiyadan uzaq saxlayın
-
Valideynlər, DİQQƏT!
Uşaqlarınızı bu oyunlardan qoruyun - VİDEO
-
Maşın-maşın cehizi var ...
Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində - ailələri çökdürən səbəb
-
Uşaqların tərbiyəsi ilə bağlı 7 müdrik qayda
Yəhudilərdən öyrənməyə dəyər
-
Azzarla, çorla böyüyən uşaqların sonu...
(Bu mövzuda yazı istəyənlər üçün)
-
İsti suyla bağlı yeni təlimatlar
Hamilə qadınlara vanna, sauna və cakuzzi olarmı?
-
«Azərbaycanın 10 faizi sahibkardır»
İqtisadiyyat Nazirliyi «Kiçik sahibkarlığa dəstək» konfransı keçirdi
-
Yaddaş sintezi
Birgə vaxt keçirən insanların beyin siqnalları bənzər şəkil ala bilər
-
45 milyon uşaq acından ölür
Dəhşətli statistika - dünya ərzaq qıtlığı ilə üz-üzədir
«Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq. Bəzən kişi-qadın münasibətləri İslam dini vasitəsilə təhrif olunmuş formada çatdırılanda ailə institutunun təməlini sarsıdır».
Modern.az-ın məlumatına görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin «Ailə institutunun formalaşmasında adət-ənənələrimiz» adlı bugünkü tədbirində Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli belə deyib.
Deputat bildirib ki, nə qədər el adətlərinə və soykökümüzə sadiq qalsaq, bir o də qədər ailələrimiz möhkəm olacaq:
«Bizim xalq deyimlərimizdə də var ki, «bir yastıqda qoşa qarıyasız», «qızım səni ərə veririk, həmin evdən yalnız meyitin çıxa bilər». Bunlar boş-boşuna deyilmiş sözlər deyil, elimizdən, nəsillərdən gələn kəlamlardır. Əgər biz bu prinsipləri yaşada bilsək, kişinin və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq. Ona görə də gərək ailə məsələsində də milli adət-ənənələrimizə, soy-kökümüzə bağlı olaq. Belə olarsa, ailələrimiz daha da xoşbəxt olar, boşanmaların sayı minimuma enər».
Hadı Rəcəbli deyib ki, tərbiyənin təməli cəmiyyətdə yox, ailədə qoyulur:
«Bu gün övladı şəhid olan anaları görəndə onların necə oğul tərbiyə etdiklərini görə bilirik. Onlar həqiqətən də vətən üçün lazımlı övladlar böyüdüblər. Sovet dövründə biz elə başa düşürdük ki, tərbiyə cəmiyyətdə yaranır, ancaq zaman keçdikcə gördük ki, tərbiyənin təməli ailədə qoyulur. Bu gün ailədə qızı sabahın gəlini, anası və qaynanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları isə eyni zamanda gələcəyin atası, ailə başçısı və qayınatası kimi tərbiyələndirməliyik».
Deputat hələ də qab yuya və yumurta bişirə bilməyən gəlinlərin olduğunu xüsusi vurğulayıb:
«Çox təəssüf ki, hələ də evə gələn gəlinlərin qab yuya, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əlini əlinin üstünə qoyub oturub, ailənin sahibliyi qadındadır, ailəni xanım edir. Biz Milli Məclisin əlaqədar komitələri kimi bu problemlərin aradan qaldırılması istiqamətində işlər görməliyik».
«Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi barədə danışan komitə sədri bildirib ki, bu sənəddə əksini tapmış məsələlərin əksəriyyəti əvvəlki qanunlarda var».
«Buradan mətbuata səslənirəm ki, bizim təklif etdiyimiz bəzi məsələlər elə təhrif olunmuş formada verilir ki, sonra onları insanlara izah etməkdə əziyyət çəkirik. Bu öz növbəsində cəmiyyətin və qanun yaradıcılığının əksinə işləyir» - deyə Hadı Rəcəbli bildirib.