vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
19:35 | 16 aprel 2016 | Şənbə Məqaləyə 1111 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neftin Dohadakı taleyi

Sabahkı görüşünün nəticəsiz bitmə ehtimalı böyükdür

HÜSEYN

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı şahzadəsi və müdafiə naziri Məhəmməd bin-Salmanın bugünkü bəyanatından sonra Qətərin paytaxtı Doha şəhərində neft hasilatçısı ölkələrin görüşünün məqbul nəticə ilə bitməsi ehtimalı təhlükə altına düşüb.

Virtualaz.org «Bloomberg» agentliyinin məlumatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı şahzadəsi kəskin şərt irəli sürüb: onun ölkəsi hasilat həcmini yalnız bir halda donduracaq ki, bu addımı bütün iri neft hasilatçıları, o cümlədən də İran atsın.

Xəbər verdiyimiz kimi, İran sabahkı görüşdə hər hansı formada iştirakdan imtina edib və bu, birmənalı şəkildə görüşün nəticəsiz qalma ehtimalını yüksəldir. Çünki görüşdə iştirak etməyən, eyni zamanda, bu gün Avropa İttifaqının nümayəndələri ilə neft ixracatı imkanlarını müzakirə edən bir ölkənin hasilat həcmini dondurması inandırıcı deyil. Nəzərə alsaq ki, İran uzun illərdən sonra xarici ölkələrə neft ixracatına başlayıb, qiymət məsələsi bu ölkə üçün birinci dərəcəli əhəmiyyət kəsb etmir.

«İri hasilatçılar dondurulma fikri ilə razılaşmasalar, biz də dondurmayacağıq. Və əgər dondurmayacağıqsa, onu (nefti — virtualaz.org) istənilən qiymətə satacağıq», - Salman belə deyib. Şahzadə və eyni zamanda müdafiə nazirinin sözlərinə görə, Səudiyyə Ərəbistanının iqtisadiyyatı neftin qiymətinin aşağı səviyyədə olmasından əziyyət çəkməyəcək. «Bir barrel neftin qiymətinin 60-70 dollara qədər qalxması inkişaf üçün yaxşı təkan olardı. Fəqət, bu mənim mübarizəm deyil. Bu, neftin ucuzlaşmasından əziyyət çəkənlərin mübarizəsidir», - bu sözlər Məhəmməd bin-Salmana aiddir.

Hər şey sabah Qətərin paytaxtında həll olunacaq, amma elə indidən bu görüşün başlamamış uğursuzluqla bitməsi ehtimalının yüksəkliyi barədə fikir yürütmək mümkündür. Belə olacağı təqdirdə isə bazar ertəsi günü səhər birjalarda nələrin baş verəcəyini iqtisadiyyatdan az-çox başı çıxan hər kəs anlayır.