vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MÜƏLLİF  
12:24 | 7 iyul 2012 | Şənbə Məqaləyə 3298 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İctimaiyyətlə əlaqələr, ya baryer şöbəsi?»

Fərəh SABİRQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qaldı gələn həftəyə”, - artıq qəzetin planlaşdırmasında bu cür ifadələri eşitməyə və işlətməyə öyrəşmişik. Hər dəfə hansısa qurumdan informasiya ala bilməyəndə mövzunu təxirə salmalı oluruq. Çox vaxt da mətbuat xidmətlərinin rəhbərləri ilə söhbətimiz alınmadığından yazı qalır yanı üstə.

Bəzi dövlət qurumlarının mətbuat katiblərinin yarıtmaz fəaliyyətindən çox yazılıb. Amma problem hələ də qalır. Məsələ yay aylarında daha da aktuallaşır. Çünki iyun girən kimi mətbuatla işləyənlərin “məzuniyyətdəyəm”, “Bakıda deyiləm” kimi bəhanələri başlayır.
Özü də nədənsə, nazirliklərdə məzuniyyət məsələsi yay boyunca davam edir. İstənilən dövlət qurumunda ictimaiyyətlə əlaqələr şöbəsində 4-5 nəfər çalışdığı halda, xidmət rəhbərləri “məndən başqa suallara heç kim cavab verə bilməz” ifadəsini əzbər söyləyirlər. 
Açıq cəmiyyətlərdə ən çevik, ictimaiyyətlə doğrudan da sıx əlaqə qurmağı bacaran, hər kəslə dil tapan, operativ iş görməyi bacaran insanları mətbuat katibi seçirlər. Qərb ölkələrində mətbuat xidməti rəhbərlərinə bəzən o qədər etimad olur ki, onlar elə idarə rəhbəri adından açıqlama verirlər. Özləri bilmədiklərini də öyrənib mediaya çatdırırlar. 
Azərbaycanda isə sanki əksinə – işin öhdəsindən gələ bilməyən (yaxud gəlmək istəməyən), adi relizi başqalarına yazdıran şəxsləri bu vəzifəyə təyin edirlər. Artıq mətbuat katibləri də məmurlar kimi telefonlara cavab vermirlər. Onların daim işlətdikləri e-mailləri, telefonların nömrələrini jurnalistlər bilmir, daxili nömrələri isə adətən faksa qoşulur. 
Bəziləri özlərini elə aparır ki, guya biz informasiyanı cibimizə qoymaq üçün istəyirik. Artıq “bu məlumat nəyinizə lazımdır”, “bu sualı niyə verirsiz”, “bizdə bu haqda məlumat yoxdur” kimi cavablara alışmışıq. 
İndi xəbər axtaran jurnalistlər çıxış yolu kimi dövlət tədbirlərinə göz dikirlər. Nəticədə, eyni gündə eyni saatda bütün saytlarda eyni məlumatlar çıxır, eksklüziv əldə etmək mümkün olmur. Amma son vaxtlar bəzi mətbuat katibləri belə tədbirlərdə də bizə işləməyə imkan vermirlər.
Bir də görürsən ki, nazir və ya digər məmur sualı cavablandırmağa hazırlaşır, bu zaman “işgüzar” mətbuat katibi haradansa peyda olub diktofonu itələyir. Çaşbaş qalan məmur da qarşısındakı jurnalistlərin ya reket, ya da qeyri-peşəkar olduğunu düşünüb  uzaqlaşır... 
Elə mətbuat katibləri var ki, jurnalistlər hələ də onları üzdən tanımır. Məsələn,  Dövlət Gömrük Komitəsinin, Səhiyyə və Fövqəladə Hallar Nazirliklərinin  ictimaiyyətlə əlaqələndiriciləri demək olar heç vaxt sorğu və ya suallara cavab vermirlər.
İnformasiya cəmiyyətində yaşadığımız halda cəmi 3 qurumun – Prezident Administrasiyası, Xarici İşlər və Vergilər nazirliklərinin Twitter hesabı var. Halbuki məhz Twitterin köməyilə xarici jurnalistlər öz nazirlərindən müsahibə alır, dərhal şərh öyrənə bilirlər. 
Sözsüz, mətbuatla problemsiz işləyən qurumlar da var. Xarici işlər, Ekologiya və Təbii Sərvətlər,  Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyalari nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını misal göstərmək olar.
Bəzi qurumların mətbuat xidmətləri saytdakı məlumatları operativ yenilədiklərindən informasiya əldə etməkdə problem qalmır. 
Lakin hələ də mətbuat xidmətinin rolunu ictimaiyyətlə körpü yox, hasar qurmaqda görən katiblər çoxdur. Bəlkə də onlara məhz bu cür işləmək, məlumatı gizlətmək tapşırılır – belə də ola bilər. Amma elədirsə, onda bu boyda şöbələri niyə yaradırlar, niyə bu şəxslər havayı yerə maaş alır -  bax, bu, hələ də anlaşılmır.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)