vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
13:23 | 17 may 2016 | Çərşənbə axşamı Məqaləyə 2654 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tağı Əhmədovun qulağından iraq

Metroda yentilyatorların yay qrafikinin tətbiqinə başlanıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 15-dən Bakı metropolitenində ventilyatorların iş rejimi ilə bağlı yay qrafikinin tətbiqinə başlanılıb. Qrafik metropolitendə havalandırma sisteminin səmərəli təşkili məqsədilə tərtib olunur. Qeyd edək ki, «Bakı Metropoliteni» QSC rəhbərliyinin tapşırığı ilə ventilyatorların iş prinsiplərinin monitorinqi aparılıb. Yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə yeni ölçü cihazları alınıb və müvafiq iş planı hazırlanıb. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin rəsmisi Nəsimi Paşayev məlumat verib.

Monitorinq zamanı stansiya və tunellərdə oksigen və karbon qazının miqdarı, rütubət, hava kütləsinin axın istiqamətləri və sürəti, ventilyatorların işçi vəziyyəti öyrənilərək təhlil edilib. Ölçmələr hər stansiyanın 15-dək nöqtəsində aparılıb. Bura keçidlər, vestibüllər, avtomat buraxılış-nəzarət məntəqələri, eskalatorların və pilləkənlərin giriş və çıxış sahələri, stansiyalarda ventilyatorların yerləşdiyi əraziyə ən yaxın və ən uzaq nöqtələr və s. daxil idi.

Ventilyatorların işçi vəziyyəti və optimal gücü ilə bağlı vəziyyət öyrənilib. Təbii havalandırma ilə bağlı müşahidələr aparılıb. Hərəkət zamanı qatarların yaratdığı hava kütləsinin təsiri, həmçinin stansiyaların giriş və çıxışlarında hava axınının vəziyyətinin təhlili, yer təbəqəsinin sərinləşdirici xüsusiyyətləri, xəzri və gilavar küləklərinin təsiri və istiqaməti öyrənilib. Gecə növbəsində stansiya və tunellərdə çalışan işçilər arasında aparılan sorğular da nəzərə alınıb.

Yekunda təsdiq edilmiş yay mövsümünün hər iki qrafiki (hava hərarətinin 35º C-yə qədər olan həddi və 35º C-dən yuxarı göstəricilər üçün) elektrik enerjisində, ventilyasiya avadanlıqlarının istismarında qənaətə imkan verəcək. O, əməyin təşkilində faydalı iş əmsalının artırılmasına, ən vacibi, sərnişinlərə xidmət səviyyəsinin xeyli yüksəldilməsinə əsaslı təsir edəcək.

Yeni qrafik daimi işçi nəzarətin gücləndirilməsini də nəzərdə tutur. Hər gün stansiyalarda monitorinq aparan mikroiqlim laboratoriyasının məlumatı əsasında qrafikin tənzimlənməsini sanitar dispetçer mərkəzi yerinə yetirəcək.

Ventilyatorların yay iş rejimi noyabr ayının 15-ə qədər etibarlı olacaq. Həmin gün qış qrafikinin tətbiqinə başlanılacaq.

Metropolitendə artan sərnişin axınının tələbatı, həmçinin mənəvi cəhətdən köhnəlmiş ventilyatorların daha güclü, müasir və effektli analoqları ilə əvəzlənməsi prosesi davam edir. Təsdiq olunmuş illik tədbirlər planına uyğun olaraq, 6 yeni havalandırma qurğusunun müasir analoqları ilə əvəzlənməsi aparılır. İki belə avadanlıq artıq istismara hazırdır. Daha 6 ventilyatorun isə modernləşdirilərək, əsaslı yenidən qurulması da uğurla aparılır. Müasir standartlara cavab verən üç belə avadanlıq da istismara verilib. Digər havalandırma qurğularının fəal quraşdırma və ilkin hazırlıq işləri isə davam etdirilir.