vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
OLAY  
15:01 | 17 may 2016 | Çərşənbə axşamı Məqaləyə 2434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MM-də kredit mübahisələri

«Bank üçün ağlayırsız, bəs insanların gününə kim ağlayacaq?»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr Milli Məclisin bugünki iclasında qəbul edilib.

Dəyişikliyə əsasən, məcəlləyə yeni iki bənd əlavə edilib. Belə ki, səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər 10 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək. (Modern.az)

İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir əlavəyə görə, digər hüquqi şəxslərə aidiyyatı olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək miqdarda, hüquqi şəxslər 5 min  manatdan 10 min manatadək miqdarda cərimə ediləcək.

Deputat Fazil Mustafa bildirib ki, çox vaxt vətəndaşlar tələm-tələsik kreditin xarici və ya milli valyutada olduğunu dəqiq bilmədən sənədə imza atır və sonradan problem yaşayır: «Devalvasiyadan sonra banklara 1,6 milyard manat əlavə pul ödənməlidir. Banklar haqlı olaraq pulunu tələb edir. Vətəndaş da haqlıdır ki, krediti götürdüyü vaxtdakı xarici valyuta ilə ödəmək istəyirlər. Bu istiqamətdə Mərkəzi Bank iş görmür, yalnız 3 banka vəsaitlərinin 71 faizini verib. Ölkədə 37 bank var və onların 50 faizinin kredit borclarını qaytarması ilə problemi var. Onlara dəstək verilməsi lazımdır ki, 2 milyarda yaxınlaşan borclarının 1 milyardı ödənilsin. Vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün addımlar atılmalıdır. Burada qanuna dəyişiklik edirik, amma problem özlüyündə həll olunmur. İntiharların sayı artır, insanların əksəriyyəti ailə problemi ilə qarşılaşır.

Burada Milli Məclisin təşəbbüs göstərməsi lazımdır ki, insanları acınacaqlı vəziyyətdən çıxardaq. Hökumət banklara daha çox dəstək verməklə problemi həll etdi, amma vətəndaşa kömək üçün addım atılmır. Devalvasiyadan sonra yaranmış vətəndaşların kredit məsələsində ən azı qanunvericilik təşəbbüsü formasında layihələrin verilməsi vacibdir.

Suyun qiyməti qalxdı, sosial şəbəkələrdə qazın, işığın mərhələli qiymətlərinin artacağı deyilir və qeyd olunur ki, təkliflər verilib. Borcu olan insanlar qiymət artımından sonra hansı vəziyyətə düşəcəklər?! Bu, sosial durumun ağırlaşmasına səbəb olacaq. Şərait yaratmaq lazımdır ki, insanlar sıxıntılı vəziyyətdən çıxsınlar».

Deputat Vahid Əhmədov da problemlərdən danışıb: «Devalvasiyadan sonra insanlar və banklar arasında problemlər qalaqlanır. Banklarda yaranmış problemlə bağlı təklif etdim ki, bank sistemini İqtisadi siyasət komitəsinə və ya Milli Məclisin plenar iclasına dəvət edib, müzakirə etmək lazımdır. Bununla bağlı rəhbərlik tərəfindən cavab verilməyib. Həmkarım Əli Məsimli ilə birlikdə xüsusi təklif paketi hazırlayaraq prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinə və spiker Oqtay Əsədova vermişik. Vaxtı gözləyirik, 1 ay vaxt keçsin, təkliflərə hansı nəticələrə gəlinməsi barədə həmin qurumlardan cavab gözləyirik. Bank sistemində yaranmış ağır vəziyyətlə əlaqədar bank rəhbərlərini Milli Məclisə dəvət etmək lazımdır. Çünki hal-hazırda bank sistemi dayanıb, hüquqi və fiziki şəxslərə kredit verilmir, likvidlik və kredit portfeli məsələsi həll olunmayıb. Banklar faktiki olaraq iflic vəziyyətindədir».

Deputat Araz Əlizadə qeyd edib ki, burada təkliflər səsləndirilsə də onlar reallaşmır və elə zalda da qalır. «Bankların gününə ağlamaq lazımdır deyilir, bəs insanların gününə kim ağlayacaq?».

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vahid Əhmədova müraciət edərək bildirib ki, onların təklifi yaxın zamanlarda müzakirə ediləcək.

Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.