vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
17:41 | 17 may 2016 | Çərşənbə axşamı Məqaləyə 2689 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...3 il vergidən azad

İyunun ayının 1-dən...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dəmir yolu ilə daşınan yüklər Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə, digər dövlətə daşındıqda, 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə yol vergisindən azaddır.

Bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Digər dəyişikliyə əsasən xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə, daşındıqda da 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə yol vergisindən azaddır. (APA)