vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MÜƏLLİF  
11:34 | 30 may 2012 | Çərşənbə Məqaləyə 2533 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Klinton gəlir»

Səbinə ƏVƏZQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın dövlət katibi Hillari Klintonun iyunun 6-da Azərbaycana səfər edəcəyi gözlənilir. Bu barədə Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland məlumat yayıb.

Səfərin təxirə salındığı barədə yayılan xəbərləri isə ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Mehdi Hüseynquliyev qəzetimizə açıqlamasında təkzib edib.
ABŞ dövlət katibinin regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, energetika və təhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olacaq. 
Hillari Klintonun Prezident İlham Əliyev və Vətəndaş Cəmiyyətinin liderləri ilə görüşləri nəzərdə tutulub. 
Onu da qeyd edək ki, ABŞ-ın baş diplomatı iyunun 4-də Ermənistana, iyunun 5-də isə Gürcüstana səfər edəcək. Xanım Klintonun səfər proqramının Azərbaycanda yekunlaşması xüsusi önəm daşıyırmı? ABŞ dövlət katibinin regiona səfəri nələri dəyişəcək? Hazırda bu suallar xeyli aktualdır. 
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə hesab edir ki, səfər Azərbaycan üçün çox əhəmiyyətlidir: “Türkiyə, Gürcüstanla yanaşı, Azərbaycan regionda ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir.
İkitərəfli münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirmək olar. Bu münasibətlərin artıq 20 illik tarixi var. 20 il keçdikdən sonra istər qlobal təhlükəsizlik, istər enerji təhlükəsizliyi sahəsini götürsək, Azərbaycan və ABŞ arasında etibarlı tərəfdaşlığın qurulduğunun şahidiyik”.
Maraq doğuran suallardan biri də budur ki, bu səfər hazırda ABŞ-la gərgin münasibətlər yaşayan qonşumuz İranı qıcıqlandıracaqmı? A.Mollazadə deyir ki, Azərbaycan müstəqil ölkədir və kimlərlə münasibət quracağını özü müəyyənləşdirir.
Hələ ki, H.Klintonun Azərbaycan və Ermənistandakı proqramına müxalifət təmsilçiləri ilə görüşlərin daxil edildiyinə dair heç nə deyilmir. Yalnız bildirilir ki, o, Gürcüstanda vətəndaş cəmiyyətinin üzvləri ilə yanaşı, “siyasi xadimlərin geniş çevrəsi” ilə də görüşəcək.
Bakıya səfərini başa vurduqdan sonra ABŞ dövlət katibi Türkiyəyə yola düşəcək. Orada H.Klinton terrorla mübarizəyə dair İstanbulda təşkil ediləcək qlobal foruma həmsədrlik edəcək, habelə Türkiyə rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib İran, Suriya və digər aktual məsələləri müzakirə edəcək.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)