vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
14:15 | 27 iyul 2016 | Çərşənbə Məqaləyə 2634 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ət niyə bahalaşır?

Bu son hədd deyil...

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq bir neçə gündür ki, paytaxtda mal ətinin 1 kiloqramı 8 manat 50 qəpiyə satılır. Belə ki, son günlərdə mal ətinin hər kiloqramı təxminən 1 manat qiymət bahalaşmasına məruz qalıb. Gözləntilərə görə, bu son hədd deyil, qiymət artımı davam edəcək. Əslində iqtisadi məntiqlə götürəndə, mövsümi amillərə görə yay fəslində mal ətinin qiyməti sabit qalmalı idi. Çünki, bu fəsildə yaşıl yem və qüvvətli yemin qiyməti digər aylarla müqayisədə ucuz olur. Belə olan halda ət istehsalında əsas xərc tələb edən yemin qiymətinin nisbətən ucuz olması məhsulun maya dəyərini aşağı salır. Digər tərəfdən də yay aylarında kabab mövsümünə görə qoyun ətinə tələbat mal ətini nisbətən yüksək olur. Bu baxımdan yayda mal ətinə olan tələbatın azalması onun qiymətində nəinki sabitliyi qorumalı, hətta bir qədər ucuzlaşmalı idi. Amma bütün bunlar ət bazarında təklifin yerli istehsal hesabına təmin olunduğu halda özünü doğruldur.

Təəssüflər olsun ki, hələ də daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir. Müşahidələr göstərir ki, Rusiyadan ucuz qiymətə alınaraq gətirilən iri buynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra alıcılara təklif olunur. Hazırda isə son zamanlar ölkədə baş verən davamlı devalvasiya və rus rublunun dəyərinin möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətini artırır. Odur ki, hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsi getdikcə sərfəsiz biznesə çevrilir. Bunu xarici ticarət statistikasında həmin mal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir. Belə ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə idxal olunan diri heyvanların dəyəri 57,1 faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb.

Mal ətinin qiymətinin bahalaşması digər ət bazarlarında, o sıradan qoyun əti, quş əti, həmçinin balığın qiymətində də artırıcı təsirə malik olacaq. Xüsusilə də nəzərə alsaq təxminən ay yarımdan sonra Qurban bayramı gəlir, o halda da qoyun ətinə artan tələbatın onun qiymətini də bahalaşdıracağına şübhə qalmır.

Ət bazarında qiymət bahalaşması ilk növbədə restoranlarda və kafelərdə ətli yeməklərin qiymətini bahalaşdıracaq.