vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜLƏŞ  
14:51 | 6 sentyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 3843 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fərid Mansurova yeni vəzifə

Olimpiya çempionu şöbə müdiri oldu

Olimpiya çempionu Fərid Mansurov yeni vəzifəyə təyinat alıb. Modern.az saytı xəbər verir ki, o, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilib.

Məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova təsdiqləyib.

Qeyd edək ki, sözügedən söbənin əvvəlki rəhbəri Mirkamil Rəhimov olub. Onun vəfatından sonra bu vəzifə boş qalmışdı.

Fərid Mansurov Afina Yay Olimpiadasında güləş üzrə qızıl medal qazanmışdı. O, hazırda həm də Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti postunu tutur.