vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
12:55 | 2 iyun 2012 | Şənbə Məqaləyə 2562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bundan sonra?»

Səbinə ƏVƏZQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Hələ də rəsmi Tehran ötən ayın 2-də bu ölkədə müəmmalı şəkildə yoxa çıxan Azərbaycan vətəndaşı - F. Hüseyn və Ş.Hacızadə ilə əlaqədar Bakıdan ünvanlanan notalara cavab verməyib.

İran KİV-ləri Azərbaycanla bağlı müxtəlif dezinformasilərı davam etdirir, İranın Naxçıvanla sərhəddini bağlaması iddia olunur. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev “New Baku Post”a açıqlamasında Naxçıvanla sərhəddin bağlanması barədə məlumatları təkzib edib. Bildirib ki, sərhəd açıqdır. Yerli sakinlər isə İran tərəfindən sərhəddə problemlər, o cümlədən yük maşınlarının hərəkətinə maneçiliklər yaradıldığını söyləyirlər.  
İttihamlar səngimir 
Bu arada İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami hələ də Bakıya qayıtmayıb. İyunun 1-də İranın dini rəhbərinin Təbrizdəki nümayəndəsi, Təbriz cümə namazının rəhbəri axund Möhsün Müctəhid Şəbüstəri Azərbaycana qarşı növbəti əsassız bəyanatlar səsləndirib. Təbrizin cümə namazında çıxış edən axund iddia edib ki, Azərbaycanda keçirilən “Eurovision” müsabiqəsinə əhali maraq göstərməyib. Halbuki, bu müsabiqədə böyük izdiham yaşanıb. 
Bakı ilə həmrəylik mesajı
Güney Azərbaycan Qurtuluş Partiyası İranın Azərbaycan Respublikasının daxili işlərinə müdaxiləsi və təzyiqləri ilə bağlı bəyanat yayıb. İrandakı soydaşlarımız bildirir ki, Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ilində bütün daxili və xarici problemlərə, müxtəlif ağır sınaqlara baxmayaraq, dövlət quruculuğu, elm, iqtisadiyyat, ordu və mədəniyyət sahələrində qarşısına qoyduğu məqsədə doğru uğurla irəliləməkdədir: “Son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkənin dünya səviyyəsində nüfuzunun artması, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi dünya azərbaycanlılarında sevinc və qürur, bunu gözü götürməyən qüvvə və dövlətlərdə isə qısqanclıq hisslərinin oyanmasına səbəb olub.
Azərbaycan Respublikasının müstəqilliyini heç cürə sinirə bilməyən İran İslam Respublikasındakı hakimiyyət bütün vasitələrdən istifadə edərək, onu zəiflətməyə və ölkə daxilində gərginlik yaratmağa çalışmış, bu siyasəti hazırda daha geniş şəkildə davam etdirməkdədir”.
Soydaşlarımız deyir ki, İrandan fərqli olaraq Azərbaycan Respublikasında dini və etnik tolerantlıq hökm sürür, müxtəlif  xalqlar dinc və bərabərhüquqlu şəkildə yaşayır, ancaq buna baxmayaraq, Tehran hakimiyyəti  Azərbaycanı “islami dəyərlərini ayaq altına atmaqda” günahlandırır.
Bəyanatda daha sonra bildirilir: “Azərbaycan Respublikasının haqlı mövqeyini bütün vasitə və imkanlardan istifadə edərək, həm xaricdə və həm də 30 milyondan çox  Güney Azərbaycan türkünün ölkəsində müdafiə olunacağına kimsə şübhə etməsin”.
Vacib xatırlatma
Ayətullah Əli Xamneyi vaxtilə Qarabağ məsələsi ilə bağlı fətva vermişdi. O, bildirirdi ki, Qarabağ müsəlman torpağıdır və bu torpaqlarda ölənlər şəhid hesab edilir, separatçılarla münasibət quran hər bir müsəlman harama batır, qanunsuz iş görür. Bu ölkədə şəriət qanunlarına əsasən, Ayətulahın Əli Xamneyinin verdiyi fətva İranda şərtsiz yerinə yetirilməlidir. Xamneyi rəsmi Tehranın da bu mövqedə olduğunu vurğulayırdı.
Hadisələrin sonrakı inkişafı isə göstərdi ki, İranda söz və əməl başqa cürdür. Bu ölkənin erməni separatçıları ilə isti münasibətləri, Ermənistana qardaşlıq yardımları üzə çıxdı.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)