vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 fevral 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.1108 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3855 AZN
Türk lirəsi 1 TRY = 0.4536 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
12:38 | 22 sentyabr 2016 | Cümə axşamı Məqaləyə 806 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Anqolanın etirafı»

«Roma niyə süquta uğradı» sualına Sisero belə cavab vermişdi: «Biz gözəl danışdıq, çox danışdıq, fəqət bilgisiz idik»

Emil SAİDLAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Iyun ayında 17 ton banan Anqoladan Portuqaliyaya yola düşdü. Bu son illər neftin yüksək qiymətilə əlaqədar böyük neft gəlirlərinə öyrəşmiş Anqola üçün həm də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində simvolik bir yük sayılırdı. Xam neftin dünya bazarda dəyərdən düşməsilə əlaqədar Anqola ziyanı qapatmaq üçün daha çox meyvə ixrac etməyi düşünməlidir. Təbii, bunun başqa daha yaxşı yolu yoxdursa.

Anqolanın gəlirlərinin 85 faizi neft ixracından asılıdır və 2008-ci ildə iqtisadi artım 15 faizədək çatmışdı. 2016-ci ilin statistikasına istinadən təsdiqlənmiş neft ehtiyatlarına görə Anqola dünyada 18-ci yerdədir. Məlumat üçün qeyd edək ki, siyahının ilk beşliyində Venesuela, Səudiyyə, Kanada, İran və İraq, sonra Küveyt, Əmirliklər və s ölkələr, 20-ci yerdə isə Azərbaycan mövqe tutur.

Anqola da Azərbaycan kimi siyasi stabilliyə yaxın keçmişdə nail olub, belə ki, 1975-ci ildən 2002-ci ilə qədər vətəndaş müharibəsindən ölkə və xalq ciddi əziyyət çəkmiş və 2002-ci ildə Savimbi sonra da onun sələfi Dembunun ölümündən sonra sülhə nail olundu. Stabillik əldə ediləndən sonra asan neft gəlirləri kənd təsərrüfatı ölkəsi Anqolanın digər bütün potensial perspektivli sahələrini iflic hala gətirib, kənd təsərrüfatı avadanlıqları və ümumilikdə infrastrukturu 70-ci illlərdən qalıb, bu sahəyə yeni yatırımlar müşahidə olunmur. Demoqrafik təzyiq o qədər güclüdür ki, kənd təsərrüfatına yararlı torpaqlardakı kəndli tikintiyə icazə almaq, yaşayış binaları tikmək üçün can atır. Belə ki, əsasən kənd təsərrüfatı ölkəsi olan Anqola mədən iqtisadiyyatından (neft, qaz, almaz) başqa banan, kofe və heyvandarlıq təsərrüfatı ilə məşğuldur və bu əsasən yerli bazara hədəflənib. Burada xüsusi vurğulanmalı detal ondan ibarətdir ki, ölkə əhalisinin çox böyük qismi – təxminən 80 faizinin məşğulluğu kənd təsərrüfatı sektorunda təmin olunub. Anqola da neft gəlirləri alışqanlığından əziyyət çəkən ölkələr sırasındadır. Və bu alışqanlıq iri kənd təsərrüfatı ixracçısı ola biləcək bir ölkəni iqtisadi böhran halına salıb. Anqolada ÜDM-da kənd təsərrüfatının payı 6 faizdir. Halbuki ÜDM-nin 45 faizi neft ixracının, o cümlədən dövlət gəlirlərinin 70, Valyuta gəlirlərinin isə 95 faizi qara qızılın payına düşür.

Kiçik bir haşiyə çıxaraq bildirim ki, keçən ay prezident Dos Santos (yeri gəlmişkən, deyilənə görə Azərbaycan Neft Akademiyasının məzunu olub – red.) 43 yaşlı qızını hakimiyyətin icraedici orqanına rəhbər vəzifəsinə gətirdi. Bəzi siyasi dairələr bu təyinata ölkənin böhrandan çıxmasına müsbət təsir göstərəcəyini düşünürlər.

Bu ölkədə dövlətin və iqtisadiyyatın problemlərindən danışmağı sevmirlər, çətinliklərlə bağlı etiraflar edilmir. Lakin təxminən 1-2 ay əvvəl çox qeyri-adi bir şey baş verdi və Anqola prezidenti belə məzmunda bir çıxış etdi: «Sonangol (Anqolanın neft şirkəti) yanvar ayından bu günə bir sent belə büdcəyə ödəniş etmək gücündə deyil. Bizim bütün gəlirlərimiz sadəcə bir mənbədən formalaşır. Bizim ölkə tamamilə idxal hesabına yaşayır. Qida istehsalı üçün idxal, yerli istehsalçılar üçün xammal, sənaye, kənd təsərrüfatı, tikinti sahəsi üçün də xammal tədarükü tamamilə idxaldan asılıdır. Biz ixraca neftdən başqa da yeni əmtəələr ortaya qoymalıyıq. Dünya bazarında başqa mallarla da təmsil olunmalıyıq. Bu bizim strateji hədəfimizdir».

Problemin həlli ciddi təhlillər və bu təhlillərin gətirdiyi nəticələrdən - ən əsası problemin varlığını etirafdan başlayır. Həll yolu tapmaq üçün «Bizim problemimiz var» deməyi bacarmaq çox vacibdir. Uzaq Anqolada bu etirafı etdilər. 

P.S. Göydəki əgər yerin altında bizə nələrsə bəxş edibsə, bu neft-qaz hasilatı iqtisadiyyat adlana bilməz. İqtisadiyyat yumşaq desək bir az fərqli məfhumdur, daha dəqiq desək, mahiyyət etibarilə sosial eksperimentlər toplusudur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)