vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
12:01 | 13 iyun 2012 | Çərşənbə Məqaləyə 2478 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ATƏT sədrinin etirafı»

Səbinə ƏVƏZQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Azərbaycana gəlir. Bakıda keçiriləcək görüşlərdə əsas müzakirə mövzusu Qarabağ münaqişəsində yaranmış son vəziyyət olacaq. ATƏT sədrinə cəbhə xəttində baş verənlərlə bağlı ətraflı məlumat veriləcək.

E.Gilmorun regiona səfəri iyunun 11-də Ermənistandan başlayıb. ATƏT sədri İrəvanda bəyan edib ki, İrlandiyanın 2012-ci ildə ATƏT-ə sədrliyi dövründə prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqinin əldə edilməsidir.
Ermənistan mətbuatının məlumatına görə, E.Gilmor, həmçinin deyib ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil, sülh yolu ilə irəliləmək lazımdır: “Dağlıq Qarabağ və ətraf ərazilərdə yaşayan insanlar kövrək və qeyri-sabit status-kvoya deyil, sülh və sabitliyə layiqdirlər”.
ATƏT sədri hesab edir ki, etimad ab-havasının yaradılması münaqişənin davamlı həllinə nail olmaq üçün yeganə yoldur. İrlandiyanın baş diplomatı münaqişə tərəfləri  arasında birbaşa əlaqələri genişləndirməyi, ibadət yerləri, mədəni obyektlər və qəbiristanlıqların mühafizəsi üzrə səylər göstərməyi lazım bilir.
ATƏT sədri deyir ki, biz həll yolunu düşünüb tapa bilmərik, amma bu prosesə cəlb olunanlara kömək edəcəyik. 
E.Gilmor ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Fransanın paytaxtı Parisdə keçiriləcək qarşıdakı görüşündə münaqişənin həlli üzrə danışıqlarda müəyyən irəliləyiş əldə olunacaq. 
ATƏT-ə İrlandiyadan sonra Ukrayna sədrlik edəcək.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)