vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
20:57 | 17 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həbsxanada aclıq

İki məhkumu yedilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyada dərc olunan «The İndependent» nəşri yazır ki, Venesuelladakı həbsxanalardan birində qalxmış üsyan vaxtı bir qrup məhkum özləri kimi həbsdə olan iki nəfəri kəsərək yeyiblər.

Virtualaz.org mənbəyə əsasən bildirir ki, bu barədə jurnalistlərə yeyilmiş gənc məhkumun atası məlumat verib. Onun sözlərinə görə, 40-a yaxın məhkum həbsxanaya ziyarətə getmiş atasının gözləri önündə gənc oğlanı və daha birini doğrayıb yeyiblər. Bu işə cinayətkarlıqda və hanniballıqda ölkədə ad çıxarmış bir dustaq rəhbərlik edib.

Məhkumlardan birinin etirafına görə, onu insan əti yeməkdən imtina etdiyi üçün çəkiclə döyüblər.

Rəsmi orqanlar həbsxanada kannibalizm halını inkar edirlər. Həbsxanalara nəzarət üzrə dövlət orqanının təmsilçisi həbsxanada iki məhkumun yoxa çıxmasını təsdiqləsə də, onların yeyildiyi barədə məlumat verməyib.

Həbsxanada qalxmış üsyana səbəb kimi isə 120 nəfərlik müəssisədə 2350 nəfərin saxlanıldığı göstərilir.