vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MÜƏLLİF  
12:35 | 9 iyun 2012 | Şənbə Məqaləyə 2419 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səfərdən qalan izlər»

Səbinə ƏVƏZQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

“2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əlverişli fürsət var,” - bu sözləri ABŞ-ın dövlət katibi Hillari Klinton Bakıya səfərində dedi. Xanım Klintonun Bakıya səfəri zamanı münaqişənin həlli ilə bağlı konkret fikirlər səslənməsə də, ABŞ-ın bu məsələdə qətiyyətli olduğu vurğulandı.

Dövlət katibinin səfəri nə ilə yadda qaldı? Şərhçilər hesab edirlər ki, onun Cənubi Qafqaz səfərində apardığı danışıqlar bölgədə sülh və əmin-amanlığın təmin edilməsi mənasında əhəmiyyətli sayıla bilər. Hərçənd ki, səfər əvvəldən-axıradək silah səsləri ilə müşayiət olundu.
Diplomat Bakıda əsasən üç məsələ üzərində dayandı. Bunlar regionda təhlükəsizliyin möhkəmlənməsi, enerji siyasətinin şaxələnməsi və demokratik islahatların davamlı olmasıdır. 
H.Klintonun səfəri ilə Qarabağ münaqişəsində yeni mərhələnin başlandığını iddia edənlər də var. Onlar dövlət katibinin Ermənistan rəhbərliyi ilə görüşdə bu məqama işarə etdiyini bildirirlər.
Əgər bu gün ABŞ və Avropa regionda hər hansı bir yeni ideya ilə çıxış edib, layihələr reallaşdıra bilmirsə, buna əsas maneə məhz Ermənistanın Qarabağ problemi ilə bağlı apardığı barışmazlıq siyasətidir. 
Dövlət katibi Azərbaycanda vətəndaş cəmiyyəti fəalları ilə də görüşdü. Amma həmin görüşdə də əsas müzakirə mövzusu neft oldu. Məlum oldu ki, Azərbaycan neftinin cazibədarlığını itirməsi fikirləri özünü doğrultmur. 
H.Klintonun müxalifət nümayəndələri ilə görüşməməsini isə səfərin geosiyasi xarakter daşıması ilə əlaqələndirmək olar. Baxmayaraq ki, Gürcüstanda vəziyyət fərqli oldu və bu, 
ABŞ-ın Cənubi Qafqazda Gürcüstana xüsusi önəm verməsi ilə izah edildi. Amma tam əsaslarla demək olar ki, bölgənin müqəddəratı daha çox Azərbaycanın mövqeyi ilə şərtlənir və Amerikanın siyasi elitası bundan kifayət qədər məlumatlıdır.
ABŞ rəsmisinin bölgəyə səfəri müsbət xarakter daşıyırdı və bunu protokol xətrinə edilən səfər kimi qiymətləndirmək düzgün olmaz. ABŞ-Azərbaycan münasibətlərinin korlandığını düşünənlər də yanıldıqlarını anladılar. 
Dövlət katibi Bakıda keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin yüksək səviyyəsi və bir çox istiqamətlərdə onların uğurlu inkişafını xüsusi qeyd etdi. İkitərəfli diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə təsadüf edən səfərdə H.Klinton xatırlatdı ki, ABŞ-la Azərbaycan arasında bu müddətdə ciddi əlaqələr qurulub və əməkdaşlıq günü-gündən genişlənir.
Xanım diplomat Azərbaycanın regionda böyük rolunu xüsusi qeyd etdi: “Azərbaycan antiterror koalisiyasının üzvüdür və dünyada terrora qarşı mübarizədə ABŞ-la birgə iştirak edir. İqtisadi əməkdaşlıq, geopolitik maraqlar üst-üstə düşür. Azərbaycan və ABŞ-ın bu bölgədə birgə layihələri var”.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, ABŞ-la əməkdaşlığa mühüm əhəmiyyət verir, bu əlaqələrin bütün istiqamətlərdə inkişafını yüksək qiymətləndirir. Eyni zamanda, Azərbaycan gözləyir ki,
ABŞ Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllində mühüm rol oynayacaq.
Rəsmi Bakının Əfqanıstanla bağlı mövqeyi də unudulmadı, yüklərin daşınmasında Azərbaycanın mühüm tranzit ölkə olduğu vurğulandı.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)