vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
11:10 | 6 iyun 2012 | Çərşənbə Məqaləyə 2566 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Klinton şəhərdədir»

Səbinə ƏVƏZQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın dövlət katibi Hillari Klinton son 2 ildə 2-ci dəfə Bakıya gəlir. Səfər çərçivəsində Qarabağ münaqişəsi, energetika və təhlükəsizlik məsələləri gündəmin 3 əsas mövzusunu təşkil edir. Bundan başqa İran, Qəbələ RLS-i ilə bağlı məsələlərin də müzakirə edilməsi gözlənilir.

H.Klintonun Prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin liderləri ilə görüşləri nəzərdə tutulub. 
Siyasi analitik Rövşən İbrahimovun fikrincə, bu səfər ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən öncə gələcək üçün regional siyasəti dəqiqləşdirməyə imkan verəcək: “Bundan başqa diplomatın Cənubi Qafqazla birgə, Skandivaniya ölkələrinə səfər etməsi diqqət çəkir.
Bu səfər eyni zamanda Rusiyadakı prezident seçkilərindən sonra mümkün ola biləcək geosiyasi dəyişikliyə bir qiymətləndirmə xarakteri daşıyır”. 
Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin hər biri üzrə ABŞ-ın tamamilə fərqli gündəliyi var: “Səfər çərçivəsində Ermənistanla formalaşan gündəlik daha çox soyqırım üzrə idi, yəni erməni lobbisinin formalaşdırdığı gündəlik budur.
Onların bu səfərdən öz gözləntiləri var idi. Səfər öncəsi geniş bir siyahı da hazırlamışdılar. ABŞ Gürcüstanı yenə də dəstəkləməkdə davam edəcək. Azərbaycanda isə onları daha çox enerji, təhlükəsizlik və nəqliyyat layihələri maraqlandırır”. 
H.Klinton Bakıya Gürcüstandan gəlir. O, Batumidə Gürcüstan-Amerika Strateji Tərəfdaşlıq Komissiyasının iclasında iştirak edib, Gürcüstanın Baş naziri Nika Gilauri ilə birlikdə iclasa sədrlik edib.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze jurnalistlərə açıqlamasında bildirib ki, toplantıda çox vacib və aktual məsələlər müzakirə olunub: “Görüşdə tərəflər arasında ikitərəfli əlaqələrin inkişafı, maliyyə-ticarət, təhsil sahələrində əməkdaşlıq və Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə edilib.
Dövlət katibinin Gürcüstana səfəri bir daha təsdiq edir ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq bir prezidentin, bir partiyanın yox, iki xalqın seçimidir”. 
ABŞ-ın baş diplomatının Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də müzakirələrində ikitərəfli əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.
H.Klinton Cənubi Qafqaz turnesinə isə Ermənistandan başlayıb. Ancaq o burada cəmi yarım gün qalıb, İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə mətbuat konfransında bəyan edib ki, Ermənistan tərəfi ilə danışıqlarda Dağlıq Qarabağ üzrə ciddi müzakirələr aparılıb. Diplomat təmas xəttində atışma, hərbi, mülki ölüm halları və gərginliyin artması ilə bağlı narahat olduğunu qeyd edib.
O, münaqişəsinin həllində güc tətbiqini yolverilməz sayıb: “Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərlə birgə işləyib irəliyə yol tapmağa sadiq qalır. Əminəm ki, irəliyə yol olmalıdır. Ermənistan prezidentinə dedim ki, Birləşmiş Ştatlar sülh razılaşmasının Helsinki prinsiplərinə, o cümlədən güc tətbiqi və təhdidindən çəkinmə, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddəratını təyinetmə hüquqlarına əsaslanmalı olduğuna inanır. Bunlardan heç birini xaric etmək olmaz. Uzunmüddətli həll yolunun tapılması üçün bu prinsiplərin hamısı nəzərə alınmalıdır”.
Ermənistan mətbuatının məlumatına görə, ABŞ-ın dövlət katibi İrəvanda Sürix protokollarının ratifikasiyası və Dağlıq Qarabağ münaqişəsi arasında heç bir əlaqə görmədiyini iddia edib. Bildirib ki, Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşması ABŞ-ın marağındadır.
Rəsmi Vaşinqton protokolların hər iki ölkənin parlamenti tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin tərəfdarıdır. 
Cənubi Qafqaz səfərinə Azərbaycanda yekun vuracaq H.Klinton Bakıdan Türkiyəyə yola düşəcək. Türkiyəli rəsmilərlə İran, Suriya ətrafında müzakirələrdən sonra İstanbulda terrorla mübarizəyə dair qlobal foruma qatılacaq.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)