vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
09:28 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 2584 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yarım milyard manata yaxın…

Bağlanan bankların əmanətçilərinə nə qədər pul verilib?

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən oktyabrın 18-də «Parabank» ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, «Zaminbank» ASC-nin qorunan əmanətçilərinə 50 mln. 976 min manat, «Kredobank» ASC-nin qorunan əmanətçilərinə 18 mln. 70 min manat və «Dekabank» ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Modern.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 104 mln. 716 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Məlumata görə, «Atrabank» ASC-nin qorunan əmanətçilərinə 13 mln. 936 min manat, «Qafqaz İnkişaf Bankı» ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 812 min manatdan artıq kompensasiya verilib.

Həmin tarixdə «Bank of Azerbaijan» ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, «Gəncəbank» ASC-nin qorunan əmanətçilərinə 969 min manat, «Texnikabank» ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

«Bank Standard» QSC-nin qorunan əmanətçilərinə ödənilən kompensasiyanın məbləği 195 mln. 423 min manatdan artıq olub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə ödənilən kompensasiya 460 mln. 889 min manatdan artıq təşkil edib.