vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
10:47 | 22 oktyabr 2016 | Şənbə Məqaləyə 1337 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycandan pul götürək?»

Hillari Klintonun məxfi poçtunda sensasiyalı yazışma

MÖVZU İLƏ ƏLAQƏLİ

Məlum olduğu kimi ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun dövlət katibi olarkən yazışmaların bir hissəsini şifrələnmiş elektron ünvandan deyil, öz şəxsi elektron poçtu üzərindən apardığı üzə çıxıb. Habelə Rusiyaya bağlı hakerlər Demokratlar partiyasının Milli Komitəsinin elektron poçtunu sındırıblar və Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podestanın poçtundan ələ keçirilmiş sənədləri hazırda qalmaqallı «WikiLeaks» saytı yaymaqdadır.

Virtualaz.org Qərb KİV-lərinə istinadən xəbər verir ki, yayılan sənədlərdən biri Hillari Klintonun komandasının 2015-ci ilin aprelində xarici ölkələrin lobbiçilərindən seçki ianəsi toplamaq məsələsi barədə yazışmalarını əks etdirir. Belə ki, Klintonun komandası İraq, Azərbaycan, Misir, Liviya, Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqtondakı lobbiçilərindən onun seçki fonduna ianələrin qəbul edilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu müzakirə edir. Bildirirlər ki, belə ölkələrdən ianə qəbul etsələr problemlə üzləşərlər.

Lakin xeyli müzakirələrdən sonra Hillari Klintonun seçki kampaniyasının meneceri Robbi Muk bildirir ki, o, «istənilən hücumlara baxmayaraq« ianələrin qəbul edilməsinin tərəfdarıdır. Bundan sonra Klintonun kampaniyasının kommunikasiyalar üzrə meneceri Cennifer Palmieri bildirir: «Pulları götür!»