vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNEY  
19:07 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 2252 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran zindanında aclıq aksiyası

Siyasi məhbuslar Rəzəvi və Mirzayinin durumu ilə bağlı narahatlıqlar artıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Hüquq müdafiəçiləri və türk fəallar Təbrizin Mərkəzi Zindanında aclıq aksiyası keçirən Rəsul Rəzəvi, eləcə də Tehranın Evin Həbsxanasında saxlanılan və ailəsilə uzun müddətdir təmas qura bilməyən Siyamək Mirzayinin taleyi ilə bağlı narahatlıqlarını bildirirlər.

Tanınmış fəal Rəsul Rəzəvinin «məhkəmə hökmləri və təhlükəsizlik qurumunun məhkəmə prosesinə müdaxiləsinə» etiraz olaraq başladığı aclıq aksiyasından təqribən 3 həftə keçir.

İnsan haqları qrupları Rəzəvinin keçən may və iyun aylarında da təqribən 25 günlük aclıq aksiyası keçirdiyinə diqqət çəkərək onun sağlığının kritik durumda olduğunu vurğulayırlar.

Təbrizli fəal dəfələrlə müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri, Urmiya Gölü ilə bağlı aksiyalar və «anti-irqçilik» nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb.

İran Azərbaycanı ilə bağlı məlumat yayan internet portalları həmçinin əslən Ərdəbilin Muğan bölgəsindən olan və hazırda Tehranın Evin Həbsxanasında saxlanılan Siyamək Mirzayinin ailəsinin onunla təmas qura bilmədiyini bildirirlər.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) veb səhifəsi, Mirzayinin yaxınlarına istinadən, onun ailəsilə görüşmək və telefon əlaqəsi qurmaqdan məhrum olduğunu qeyd edib.

«Siyamək Mirzayinin atası deyib ki, oğlumun taleyi ilə bağlı heç nə demirlər. Oğlumun yaşayıb ya yaşamadığı bəlli deyil,» deyə GAMAC saytında yazılıb.

Siyamək Mirzayi iyul ayının 24-də İran Azərbaycanının Muğan bölgəsindəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınaraq öncə Ərdəbil ETTELAAT həbsxanasına, oradan isə Tehranın Evin həbsxanasında ETTELAAT-a aid 209-cu bölməyə göndərilib.