vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
KULİNARİYA  
08:57 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2823 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

676,6 metrlik ekler

Belçikada dünyanın ən böyük pirojnası hazırlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Belçikanın Vervye şəhərinin qənnadıçıları uzunluğu 676,6 metr olan ekler bişiriblər. «Report» xəbər verir ki, bu, indiyə qədər dünyada hazırlanan ən böyük ekler pirojnasıdır.

Onun bişirilməsinə 20 nəfərdən çox insan təqribən 3 saat vaxt sərf edib. Rekord notariat tərəfindən təsdiq edilsə də, müvafiq ərizə verilmədiyi üçün, o, «Ginnesin Rekordlar Kitabı»na düşə bilməyib.

Pirojnanın hazırlanmasına 70 kq. kərə yağı, 2 min ədəd yumurta, 50 kq. un və 300 litr süd sərf olunub. Ümumi dəyəri 1,5 min avro olan bütün bu inqredientlər sponsorlar tərəfindən alınıb. Bundan əldə olunacaq gəlir xeyriyyə məqsədləri üçün istifadə olunacaq.

Hazırda ən böyük eklerin hazırlanması üzrə rəsmi rekord isveçrəli çörəkçilərə məxsusdur. Onların hazırladığı pirojnanın uzunluğu 503 metr olub.