vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
14:53 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mələk beyni» ideyasının müəllifi...

Azərbaycanlı tələbə NASA-da təcrübə keçmək şansı qazanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Kənan Əhmədli ABŞ-ın Milli Aerokosmik Agentliyi olan NASA-da təcrübə keçmək şansı qazanıb.

Modern.az xəbər verir ki, hazırda robotlaşdırma dərsləri verən 20 yaşlı tələbəmiz «Mələk beyni» konsepsiyası üzərində təqribən 2 il işləyib və bu sahəyə uyğun araşdırmalar aparıb. Müəllifi olduğu «Mələk beyni» konsepsiyası NASA tərəfindən maraqla qarşılanan Kənan Əhmədli NASA-nın təcrübə proqramına qəbul olunub. O, növbəti ayın əvvəlində maketləşdirmə və robotlaşdırma sahəsində biliyini təkmilləşdirmək məqsədi ilə ABŞ-a yola düşəcək. Kənan Əhmədli bir aylıq təcrübə müddətində NASA-da özünü ən yaxşı şəkildə göstərməklə təhsilini orada davam etdirmək niyyətindədir.

Qeyd edək ki, həm meta-proqramlaşdırma, həm də adi proqramlaşdırma ilə məşğul olan Kənan Əhmədlinin nəzərdə tutduğu robotlar süni intellekt (insan məntiqini maşın və robotlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm) əsasında yaradılacaq.