vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ƏDƏBİYYAT  
12:30 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bob Dilan təqdimata gələcək?

Nobel laureatı ilk dəfə olaraq qazandığı mükafat haqqında danışdı

Elmin NURİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il ədəbiyyat üzrə Nobel mükafatına sahiblənməklə bütün dünyanı təəccübləndirən məşhur musiqiçi Bob Dilan ilk dəfə olaraq ictimaiyyətə açıqlama verib. Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 13 oktyabr tarixində nüfuzlu mükafata layiq görülən Bob Dilanla Nobel Komissiyasının üzvləri heç cür əlaqə yarada bilmirdilər.

Hətta komissiya üzvlərindən biri buna hiddətini də bildirmişdi. Fərziyyələrə görə, Bob Dilanın mükafatdan imtina edəcəyi də gözlənilirdi. Qocaman musiqiçi açıqlamasında Nobel mükafatını qəbul etdiyini bildirib. Bununla da o, mükafatdan imtina məsələsinə birdəfəlik aydınlıq gətirib. Lakin o, 10 dekabr tarixində keçiriləcək mükafatın ənənəvi təqdimat mərasimi haqqında heç nə deməyib.  

Qeyd edək ki, Bob Dilan Nobel mükafatını qazanandan sonra iki dəfə böyük konsert versə də, bu barədə  bir cümlə də səsləndirməyib.