vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
12:32 | 23 iyul 2013 | Çərşənbə axşamı Məqaləyə 3440 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İki kişiyə açıq məktub»

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər şou-biznes xəbərlərinin gündəmindən düşməyən, əvvəllər Oskar mükafatçısı bildiyimiz, indi isə namizəd olduğunu öyrəndiyimiz, üst-üstə Azərbaycanda 10 il qərar tutmayıb, ancaq Azərbaycanı idarə etməyə iddia edən Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Bir cənub şəhərində” bədii filmində maraqlı bir səhnə var:

Bacısı ilə evlənməkdən boyun qaçıran oğlanı cəzalandırmaq istəmədiyi halda qardaş, bıçağı sözündən dönən “bəy”ə tuşlayır. Hər şey əvvəlcədən razılaşdırılır. Məqsəd burda öldürmək yox, qonşuların ağzından qurtarmaqdır. Nəticədə sözünədönük bəy yüngül yara ilə canını qurtarıb rus gözəli ilə evlənir. 
Ssenarist görünür, müəllifi olduğu filmin təsirindən illərdir ki, çıxa bilmir. Bir gözü Şimal gözəlində olsa da, Cənubun nakam qızının da könlünü sözlə almağa özünü borclu bilir. 
Əziz istedadlı ssenarist, uğursuz siyasətçi Rüstəm bəy, bir müddətdir ki, mütəmadi olaraq Türkiyənin tanınmış saytları ilə əməkdaşlığa başlamışam. Bu həftə üçün məndən müəllifi və PR meneceri olduğun “Milli Şura” sənədli filmindən yazı hazırlamağımı istəyiblər. Türkiyəli redaktorlarım “filmin” maliyyə direktorunun, icraçı direktorunun, hansı ölkənin istehsalı olduğunu soruşurlar. Hansı cavabı verim ki, vicdan əzabı çəkməyim və utanmayım?
Hər şey ssenari üzrə gedir: İllərlə Azərbaycanda çoxları danışmaq xatirinə danışır, çoxlarının güzəranı məhz danışmaqdan çıxır. Bəzən, bu güzəran məsələsi o həddə çatır ki, heç bir müqəddəs hiss qalmır. Məsələn, illərdir bu ölkədə çoxlarının süfrəsi məhz Güney Azərbaycan və Qarabağdan danışanda dolur. İllərdir, həmin insanlar rahat kreslolardan İran hakimiyyətini tənqid edir. İllərdir siyasiləşmiş fatmalarımız Azərbaycan həqiqətlərini kosmetika çantalarına doldurub ölkə-ölkə gəzir. Tənqidin sonunu isə İrandakı 35 milyonluq xalqın başının alverə qarışmasına bağlayır. Və yaxud da nitqin sonunda bizə məlum olur ki, əslində hər gün İranda hər gün həbs olunan, müxtəlif işgəncələr görən azərbaycanlılar boşuna uğraşır, onsuz da İranla bacarmaq mümkün deyil. 
Bu yazını bəlkə də çox pessimist ruhla yazıram. Çünki cəmi bir saat əvvəl Güney Azərbaycanın Milli Azadlıq Cəbhəsinin təşkil etdiyi Güneylə bağlı yazı müsabiqəsinin mükafatlandırma tədbirindən gəlirəm. 
Tədbirdəki çıxışçılardan biri keçmiş baş nazir Pənah Hüseyn idi. Pənah Hüseyn elə bir adamdır ki, yalnız ona görə Cəbhə hakimiyyətinin hansı vəziyyətdə olduğunu öyrənmək olar. Eyni zamanda da Pənah Hüseyn elə bir adamdır ki, əgər indi o, hansısa tədbirdə ictimai sima kimi danışırsa, bu ölkənin gələcəyindən tərəddüd etməyə dəyər. 
Tədbirin əvvəlində mənə elə gəldi ki, tədbirdə iştirak edən Arif Hacılı və Pənah Hüseyn cümə axşamı məclisi ilə Beynəlxalq Mətbuat Mərkəzinin binasını səhv salıblar. Bura da yalnız təsbeh çevirməyə gəliblər. Açıq mikrofona təsbehini şaqqıldadan Pənah Hüseyn Güney məsələsindəki din amilindən danışmağı özünə borc bildi. Pənah Hüseynə görə Quzey Azərbaycanla Güneyi birləşdirməyin yeganə yolu məhz dindir. 
Çıxışı zamanı isə Əbülfəz Elçibəyin Güney Azərbaycan görüşlərində də din amilini irəli çəkməsini rəhmətlik bəyin boynuna qoydu. 
Əziz keçmiş baş nazir, Güneydəki azərbaycanlılar səndən fərqli olaraq xurafatdan çox uzaqdadırlar. Dinin göstərdiyi təzyiq Güneydəki soydaşlarımızı dindən çoxdan iyrəndirib. Səndən fərqli olaraq güneylilər təsbehə “xuruş” deyir. “Xuruş” sözünün də nə mənaya gəldiyini sən yaxşı bilirsən. Fürsətdən istifadə edib dostun Əli Kərimli kimi İrana olan dönməz və sarsılmaz sevgini Güney üzərindən yeritməyə çalışma. Güney məsələsində din amili Arazdan da qəddar səddir. Hansı dindən, konsepsiyadan, gələcək planlardan danışırsan ki, 20 il əvvəl Şimali Azərbaycana üz tutmuş güneyli soydaşımız hələ də Bakıda heç bir sənədi olmadan yaşayır? Hələ də adi mobil telefon nömrəsi almaq üçün başqasından xahiş edir. 
Güney məsələsində Türkiyəni güneyliləri həbs etməkdə, ölkədən çıxartmaqda günahlandırırsan. Xəbərin varmı ki, Türkiyədə “Güney Azərbaycan” deyiləndə qanı qanımızdan olan qardaşlarımız gözlərini döyə-döyə üzümüzə baxır? Onlar üçün Güney Azərbaycanlı yox, rəsmən İran vətəndaşı olub Türkiyənin sərhədlərini pozmuş insan anlayışı var. Necə oldu ki, qəfildən molla rejimini, İslamı parçalanmış xalqı, torpağı birləşdirən yeganə amil olması qərarına gəldin? Biz hansı birləşməni gözləyirik ki, əgər bu ölkədə Firudin Cəlilov kimi alim, Güney bilicisinin Güneylə bağlı hələ çapdan çıxmamış kitabına plagiat adı verilir?
Bu xalqa Pənah Hüseynin haqqında danışdığı təsbehli Güneyi, Rüstəm İbrahimbəyovun isə Şimal gözəli eşqi lazım deyil...

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)