vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜƏLLİF  
09:50 | 7 iyul 2012 | Şənbə Məqaləyə 3630 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Danışmaqla hürməyin fərqi»

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Tükü tükdən seçən, gününü nəvə əzizləyib, protez düzəltdirməklə keçirmək yerinə, işi-gücü mətbuata açıqlama döşəyən, sevgi şeirləri ilə gənclərə “fora verən” ağsaqqallarımız lazım olan məqamda susurlar. Harda danışmaq, məsuliyyət tələb olunursa, başqa vaxt dil qəfəsə qoymayanlar dərhal lal olur. Nə vaxt qız-gəlinin qaş aldırmağı, qısa geyinməyi, dövlətdən hansısa maddi yardım almaq məsələsi müzakirə mövzusu olur, hər şeydən danışan çənələr susmur.

Bu ölkədə iki mövzu var ki, o haqda hamı danışa bilir: Qarabağ və Təbriz həsrəti. Bir də görürsən ki, muharibə vaxtı əsgərlikdən qaçan, qorxusundan Rusiyanın ucqar vilayətlərində nataşalarla it-bat olan “ziyalılar” beqəfil meydana çıxır. O andaca məlum olur ki, adamın ya evinin təmir vaxtı çatıb, ya da obyektlərinə yoxlama gəlib. 
Türklərdə bir söz var: ağzı olan danışır. Danışmaq üçünsə təkcə ağız kifayət eləmir. 
Üç aydan çoxdur ki, iki gənc şair Şəhriyar Del Gerani, Fərid Hüseyn İran rejiminin əlindədir. Gənclər İrana poeziya festivalına getmişdilər. Bir həftə keçdi, heç bir xəbər çıxmadı. Ailələri və dostları narahat olmağa başladılar. İki ay sonra onların İranda həbs olunması ilə bağlı rəsmi xəbər yayıldı. Şairlər casusluqda ittiham edilirlər. 
İndi gələk, iki gəncin aqibətinə ictimaiyyətin münasibətinə. Mövzu iki insanın taleyidir. Hər cür vəhşiliyə, qanunsuzluğa gedə bilən, saysız-hesabsız ömürləri puç edən İran rejiminin gənclərlə necə davrandığı qeyri-məlumdur. Şeir yazdığı, insan kimi yaşamaq istədiyi üçün molla rejimi yetərincə gənci öz qurbanına çevirib. Fərid və Şəhriyarla bağlı atılan hər addım, deyilən hər söz, ucalan hər səs indi vacibdir. Onların hansı şəraitdə saxlanıldığını, işgəncələrə məruz qalıb-qalmadıqlarını bilmirik. Onların nə zaman buraxılacaqları müzakirə olunmur. 
Mətbuatın üz tutduğu ziyalılar isə standart, hamının əzbərlədiyi sözləri təkrar çeynəyirlər. 
Bir qrup yazar isə İrandakı şairlərə müraciət edib. Əli hər yerdən üzülən, dostlarını gözləyən yazarlar heç bir söz haqqı olmayan iranlı həmkarlarına üz tutub. O həmkarlara ki, molla rejiminin qorxusundan kitablarını Bakıda çap etdirir. 
İki gəncin həyatı hazırda bizim üçün uzun, qara tunel kimi anlaşılmaz və müəmmalıdır. Başqa vaxt danışanda ağzına çullu dovşan sığışmayanların, “haqq, hüquq, qaqq-quuqq”la beynimizi aparanların isə səsi çıxmır. Təbriz həsrəti ilə ciyəri yanan millətçilər gözə dəymir. Sizlərdən ikisi azalsa, dünya dağılmaz. Azərbaycanda sinə cırıb, şaxsey deyən vətənbazlar qurtarmaz. Gedin İrana. Özünüzü rejimə təhvil verin. İki günahsız, İran rejiminin əlinə göydən düşmüş gəncləri isə geri qaytarsınlar. Siz burda heç kimə lazım deyilsiniz. Balıq kimi lal, suiti kimi acanda özünü suyun kənarına vuran ziyanlılar.
Həqiqətən də, danışmaq üçün təkcə ağız kifayət eləmir.
P.S. Sosial şəbəkələrdə Fərid və Şəhriyarın yerinə verə biləcəyimiz sığallı, tumarlı, əli yelpikli “ziyalı”larımızın siyahısını çıxardıq. Siyahı çox uzun oldu.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)