vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TÜRK DÜNYASI  
10:14 | 28 oktyabr 2016 | Cümə Məqaləyə 1891 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bundan sonra da inkişaf edəcək»

Əli Əhmədov: «Çevriliş cəhdindən sonra Türkiyə daha qətiyyətli oldu»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin Azərbaycandakı səfirliyində Cümhuriyyətin elan edilməsinin 93-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Virtualaz.org-un məlumatına görə, tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Türkiyə səfiri Erkan Özoral prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

Səfir çıxışında Türkiyənin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan bəhs edib: «Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib».

Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafından danışan diplomat bildirib ki, qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır.

Sonra baş nazirin müavini Əli Əhmədov Azərbaycan hökuməti və xalqı adından Türkiyə dövlətini və xalqını əlamətdar bayram münasibətilə təbrik edib.

Ə.Əhmədov bildirib ki, Türkiyə hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yol keçib: «Ortaq tarixə, keçmişə malik ölkələrimiz arasında münasibətlər böyük dostluq və qardaşlığın nümunəsidir. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir və bundan sonra da inkişaf edəcək».

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin qarşısının xalq tərəfindən qətiyyətlə alınmasından sonra ölkənin taleyində mühüm dönüş baş verdiyini deyən baş nazirin müavini Türkiyə xalqının bu ağır sınaqdan üzüağ çıxdığını qeyd edib: «Türkiyə zaman-zaman böyük sınaqlarla üz-üzə qalıb və həmişə belə sınaqlardan üzüağ çıxıb. Və Türkiyə xalqı bu yaxınlarda belə sınaqlardan biri ilə yenidən qarşılaşmalı oldu. Hesab edirəm ki, dövlət çevrilişinə cəhddən sonra Türkiyə daha möhkəm, daha qətiyyətli oldu».

Ə.Əhmədov qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu deyib. O, ölkələrimiz arasında strateji xarakter kəsb edən sarsılmaz dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.