vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
18:41 | 28 oktyabr 2016 | Cümə Məqaləyə 1501 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan» Nəşriyyatının ayaqyolu problemi...

...bu il də həll olunmayacaq

Namidə BİNGÖL

«Azərbaycan» Nəşriyyatının binasında yerləşən ayaqyolunda problem var. Amma dəhşətli dərəcədə deyil». Bunu Modern.az-a açıqlamasında nəşriyyatın Təsərrüfat şöbəsinin rəisi Etibar Hümbətov ayaqyolunda yaranan problemə aydınlıq gətirərkən deyib.

O, nəşriyyatdakı ayaqyolu probleminin gələn il həll olunacağını da istisna etməyib.

«Biz demirik ki, nəşriyyatın ayaqyolu problemi qaydasındadır. Çünki bina köhnədir. Köhnə tikililərdə də belə problemlər olur. Sadəcə olaraq, müəyyən vəsait lazımdır ki, yaranan problem yoluna qoyulsun. 2017-ci ildə «Azərbaycan» Nəşriyyatının binasının təmir olunması nəzərdə tutulub. Əgər vəsait imkan verərsə, bütün nəşriyyatın binası təmir olunacaq. Vəsait imkan verməsə belə, ayaqyolu məsələsi mütləq həll olunacaq».

«Azərbaycan» Nəşriyyatında çalışanlar ayaqyolunda yaranmış bərbad mənzərədən narazılıq edirlər.