vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
19:35 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 1878 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyadan bixəbər səfir

İranın Rusiyadakı səfiri: «Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim yoxdur»

APA

«Ermənistanla birlikdə Araz çayının üzərində SES tikilməsi layihəsi Azərbaycanın narazılığına səbəb olursa, diplomatik kanallar vasitəsi ilə öz etirazını İrana bildirmək hüququna malikdir».

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İranın Rusiyadakı səfiri Mahmud Reza Sacadi Moskvada keçirdiyi brifinqdə deyib. Layihə barədə məlumatlı olmadığını söyləyən iranlı diplomat Ermənistanın da Azərbaycan kimi İranın yaxın qonşusu olduğunu vurğulayıb: «İran qonşuları ilə normal münasibət saxlayır».
İran səfiri İsrailin Fələstin xalqına qarşı təcavüzü ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü arasındakı fərqlə bağlı sualı belə cavablandırıb: «Mənim Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim yoxdur. Bu sual mənə deyil, İranın Azərbaycandakı səfirinə ünvanlanmalıdır. İran-Azərbaycan münasibətlərinə görə məsuliyyəti o, daşıyır. O ki qaldı İsrailin Fələstinə qarşı təcavüzünə, deyə bilərəm ki, rəsmi Tehran sionist rejimin müharibənin davam etdirilməsi yolunda fəaliyyətini sərt tənqid edir. İran xalqı Fələstin xalqı ilə birlikdə sionist rejimin vəhşi hücumlarına qarşı həmrəydir».