vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNEY  
21:35 | 29 oktyabr 2016 | Şənbə Məqaləyə 986 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

35 milyonluq millətə onlarla mətbu orqanı lazımdır

Məcid Araz: «Araz TV İrandakı çoxmillətli toplumun tribunu olmağa çalışır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Araz News internet televiziyasının əməkdaşı Məcid Araz Amerikanın Səsi ilə söhbətdə bu TV-ni İran Azərbaycanı və ümumiyyətlə İranda yaşayan türklərdən əlavə ölkənin qeyri-fars millətləri üçün də bir tribun halına gətirməyə çalışdıqlarını ifadə edir. Araz News TV təqribən 5 aydır YouTube üzərindən gündəlik şəkildə türk və fars dillərində proqram yayımlayır.

Məcid Arazın bildirdiyinə görə, bu TV Azərbaycan Milli Dirəniş Təşkilatının orqanı Araz News veb səhifəsinin fəaliyyətləri davamında həyata keçirilmiş bir layihədir:

«Araz News veb səhifəsi əməkdaşları olaraq düşündük ki, Güney Azərbaycan Milli Hərəkatının vizual media baxımından boşluğu və əskiklikləri var. İllərdir Güney Azərbaycana proqram yayan bir TV-miz var... Amma düşündük ki, 35 milyonluq bir millətə bir yox, bəlkə onlarca media orqanı lazimdir».

«5 aydır nizamlı şəkildə proqramlar yayımlaya bilmişik. Xəbər, şərh, analiz və qısa sənədli filmlər şəklində Güney Azərbaycan problemləri və məsələlərini ələ almağa çalışırıq. Əlavə olaraq, İranda yaşayan 30 ilə 40 milyon türkün hamısı Azərbaycanda yaşamır, onlar da Araz News TV-nin maraq sahəsinə daxildir. Qaşqay türkləri və türkmənlər də həmçinin... Ümumiyyətlə, Güney Azərbaycan üçün bir tribun olmağın yanında TV-ni İrandakı çoxkültürlü və çoxkimlikli toplumun da bir tribunu və mikrofonu halına gətirməyə çalışırıq,» deyə o internet TV-nin fəaliyyət istiqamətini şərh edir.

Araz News TV həmçinin türk fəallar, eləcə də digər qeyri-fars cəmiyyətlərə mənsub siyasi fəallar ilə müsahibələr təşkil edir.

«Fəaliyyət mərkəzimiz Ankaradır, ancaq sadəcə Türkiyədə yaşayanlar ilə deyil, misal üçün internet bağlantısı ilə başqa ölkələrdə yaşayan ərəb fəallarla müsahibəmiz olub. Önümüzdəki günlərdə çalışırıq bəluç və kürd fəallarla da müsahibələrimiz olsun,» deyə Ankarada yaşayan urmiyalı fəal söyləyir.

TV-nin izləyiciləri tərəfindən gələn alqışlar və tənqidlər haqqında danışan Məcid Araz proqramlarda istifadə edilən dilə dair tənqidlərə diqqət çəkir:

«Güney Azərbaycanda öyrədilən bir türkcə olmadığı, və bizim insanlarımızın nə yazıq ki, ədəbi ya yazı dili olaraq türkcəyə hakim olmadıqları üçün bəzi problemlər yaşayırıq. Quzey Azərbaycanda işlədilən türk dilinin bəzi terminlər, ya qavramları Güney Azərbaycanda anlaşılmır və bəzi cümlə quruluşları da səhvə yol açır...»

O, TV əməkdaşlarının bu problemi müxtəlif yollarla çözməyə çalışdığını bildirir, amma eyni zamanda problemin ancaq «Güney Azərbaycanda türk dilinin təməlli öyrədilməsi, məktəblərdə oxudulması və bir Türk Dil Qurumunun təsis edilməsi» ilə tam şəkildə çözülə biləcəyini deyir.

Məcid Araz və əməkdaşları Araz News TV layihəsini gələcəkdə peyk vasitəsilə həyata keçirmək istiqamətində çalışırlar.