vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ƏDƏBİYYAT  
22:37 | 29 oktyabr 2016 | Şənbə Məqaləyə 3070 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xəbərdən nitqim tutulmuşdu…»

Bob Dilan axır ki, dilləndi: «Belə bir şey kimin yuxusuna girərdi?»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ mediası yazır ki, Nobel mükafatları komitəsi nəhayət rahat nəfəs ala bilər. Bu ilin ədəbiyyat üzrə mükafatçısı, şair-nəğməkar Bob Dilan bəyan edib ki, dekabr ayında Nobel mükafatının təqdimat mərasiminə qatılacaq.

Çoxları gözləyirdilər ki, Nobel mükafatına layiq görüldüyü barədə xəbərə iki həftədən də çox müddətdə biganə qalan sənətçi ondan ümumiyyətlə imtina edəcək.

Nobel mükafatına layiq görülmüş ilk şair-musiqiçi olan Dilan nəhayət ki, «mübhəm» sükutunu pozub.

Buna qədər Nobel komitəsi Rolling Stones müğənnisi ilə heç cür əlaqə yarada bilmirdi. O telefon zənglərinə sadəcə olaraq cavab vermirdi.

Britaniyanın «Telegraph» qəzetinə gözlənilməz müsahibə verən Dilan «bu balaca iş deyil» deyib.

«Bu inanılmazdır, - deyib Dilan, - Heyrətamizdir. Belə bir şey kimin yuxusuna girərdi?»

Dekabrın 10-da mükafatı şəxsən İsveç kralı Carl VI Gustaf-ın əlindən qəbul etmək üçün təltif mərasiminə gəlib-gəlməyəcəyi barədə suala cavab verən sənətçi deyib ki, həmin məclisdə olmaq üçün əlindən gələni edəcək.

Bundan əvvəl İsveç Akademiyasının bəzi üzvləri Bob Dilanın saymazyana davranışından hirslənmiş, onu «lovğa» adlandırmışdılar.

Bob Dylan mükafatçı kimi 900 min ABŞ dolları alacaq.

Sözü gedən müsahibə Telegraph qəzetində dərc olunan kimi Nobel Fondu bəyanat yayıb. Bu bəyanatda deyilir ki, Nobel komitəsi Dilanla bir həftə əvvəl telefonla danışıbmış.

«Bu həftənin əvvəlində Bob Dilan İsveç Akademiyasına zəng edib» – deyilir bəyanatda.

İsveç Akademiyasının daimi katibi Sara Daniusun bildirdiyinə görə Dylan deyib: «Nobel mükafatına layiq görüldüyüm barədə xəbərdən nitqim tutulub. Mən bu şərəfi yüksək qiymətləndirirəm».

Katib deyib ki, Bob Dylan-ın dekabrda Stokholmda keçiriləcək Nobel həftəsində hər hansı tədbirlərdə iştirak edəcəyi hələlik dəqiqləşdirilməyib.