vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
KİNO-TEATR  
12:42 | 29 oktyabr 2016 | Şənbə Məqaləyə 3074 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əcəb edib gedib»

Rasim Balayev Xalq artistinin müdafiəsinə qalxdı

Bahar RÜSTƏMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Fuad Poladov düz addım atıb». Bu sözləri AzNews.az-a Xalq artisti Rasim Balayev Fuad Poladovun Akademik milli Dram Teatrından gedişinə münasibət bildirərkən deyib.

O, hesab edir ki, Fuad Poladov kimi aktyorun gedişi Akademik teatr üçün xoş hadisə deyil: «Fuad Poladovun gedişini eşitdim. Çox üzüldüm. Görünür incidiblər, bu da xoşuna gəlməyib. Əcəb edib gedib. Düz edib. Yəqin ki, teatr bu gedişlə çox şey itirəcək. Fuad kimi aktyor indi yoxdur, azdır. Gündən-günə azalırıq».

R.Balayevin sözlərinə görə, Fuad Poladovun tamaşaçıları onu Rus Dram Teatrında izləyə bilər.

Xatırladaq ki, Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrı ilə yollarını ayırıb. O, aktyor Hikmət Rəhimovun işdən qovulmasına etiraz əlaməti olaraq belə bir addım atdığını deyib.