vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
18:33 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 2777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zirə» tilsimi qırdı (VİDEO)

«İnter» isə sensasiyaya imkan vermədi

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «İnter» 3 xalı 3 qolla qazandı
  • «Zirə» 2 qolla sevindi

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub. Komanda.az xəbər verir ki, ilk oyun günündə Avropa Liqasında çıxış edən klublarımız - «Qarabağ»la «Qəbələ» meydana çıxıb.

Tura Qəbələdə start verilib. Roman Qriqorçukun komandası ağır günlərini yaşayan «Neftçi»ni qəbul edib. Hazırda turnir cədvəlinə liderlik edən «Qəbələ» «Qarabağ»ı özündən irəli buraxmamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. «Neftçi» isə... «Ağ-qaralar» Qəbələdən bir xalla qayıtsa, bunun özü də sensasiya sayıla bilərdi. Amma "Neftçi"nin Qəbələ səfərindən 1 xalla dönməyə də gücü çatmayıb. Mövsümün ilk qarşılaşmasında "ağ-qaralar"ı rüsvayçı - 8:0 hesabı ilə məğlub edən "Qəbələ" bu dəfə daha "insaflı" olub - 4:1.

Günün digər oyununda «Qarabağ» səfərdə AZAL-la qarşılaşıb. Ağdam təmsilçisi oyunu Muarem Muaremin 63-cü dəqiqədə vurduğu qolla qazanıb.

Turun son oyunları bu gün keçirilib.

Əvvəlcə Zirə qəsəbəsində eyniadlı komanda «Kəpəz»i qonaq edib. Komandalar bu matçadək turnir cədvəlində eyni xalla qonşu pillələrdə qərarlaşmışdı. Bu görüşdə qələbə qazanan komanda 4-cü pillədə şəriksiz möhkəmlənəcəkdi. «Zirə» doğma meydanda keçirdiyi oyunda qələbə qazanmaqla, «Kəpəz»i turnir cədvəlində geridə qoyub.

Turun son oyununda isə «İnter» «Sumqayıt»ı qəbul edib. Oyunda hesabı qonaqlar açıb. Mirabdulla Abbasov matçın 3-cü dəqiqəsində «kimyaçılar»ı önə keçirib. Ancaq Samir Abasovun komandası bu üstünlüyü qoruyub saxlaya bilməyib. 18 dəqiqə sonra «bankirlər»in gürcü müdafiəçisi Zurab Xizanişvili hesabda tarazlığı bərpa edib. Zaur Svanadzenin yetirmələri ikinci hissədə Nizami Hacıyevin dubluyla oyundan 3:1 hesablı qələbəylə ayrılıb. Bu qələbəylə «bankirlər» «Qarabağ» və «Qəbələ»ni təqibi davam etdirib.

 

Azərbaycan Premyer Liqası, 10-cu tur

 

29 oktyabr

Qəbələ - Neftçi 4:1

Qol: Sergey Zenyov, 12; 59. Asif Məmmədov, 62. Rəşad Eyubov, 77 - Araz Abdullayev, 49.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ. Şəhər stadionu

 

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 34. Ürfan Abbasov.

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov, 30. Petar Franyiç.

Baş məşqçi: Roman Qriqorçuk.

 

Neftçi: 33. Boban Baykoviç, 3. Jairo Rodriges, 6. Vançe Şikov, 10. Cavid İmamverdiyev (k), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Eltun Yaqublu, 30. Dario Melnyak, 80. Edson Kastilyo, 95. Elvin Bədəlov, 99. Denilson Pereyra.

Ehtiyat oyunçular: 1. Krşevan Santini, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 13. Murad Ağayev, 22. Mahir Şükürov, 23. Tərzin Cahangirov, 90. Jonas Pessalli.

Baş məşqçi: Elxan Abdullayev.

 

AZAL - Qarabağ 0:1

Qol: Muarem Muarem, 63.

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. «AZAL Arena»

 

AZAL: 23. Aqil Məmmədov, 18. Ruslan Əmircanov, 5. Kamil Hüseynov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 7. Kamal Mirzəyev, 55. Qeyrət Əliyev, 10. Nuqzar Kvirtiya, 77. Adan Koronado, 11. Ruslan Nəsirli, 9. Röyal Nəcəfov.

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Qvanzav Maqomedov, 17. Rəşad Abdullayev, 12. Mahsun Qənbərli, 21. David Canelidze, 15. Brayn Fok, 6. Tagim Novruzov.

Baş məşqçi: Tərlan Əhmədov.

 

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.

Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 71. Vüqar Nadirov.

Baş məşqçi: Qurban Qurbanov.

 

30 oktyabr

Zirə - Kəpəz 2:0

Qol: Cavid Tağıyev, 69. Elvin Məmmədov, 82-pen.

Qırmızı vərəqə: Tural Axundov, 69.

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

Zirə. İdman kompleksinin stadionu

 

Zirə: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqni, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elvin Məmmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli. 18. Tural Cəlilov. 38. İlkin Muradov, 92. Cavid Tağıyev.

Baş məşqçi: Adil Şükürov.

 

Kəpəz: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 9. Tural Qürbətov, 90. Julien Ebah.

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 23. Tural Nərimanov, 17. Nicat Qurbanov, 80. Tural Rzayev, 21. Novruz Məmmədov, 4. Qaraxan Əliyev, 8. Elcan Rəhimov.

Baş məşqçi: Şahin Diniyev.

 

İnter - Sumqayıt 3:1

Qol: Zurab Xizanişvili, 21. Nizami Hacıyev, 55; 81 - Mirabdulla Abbasov, 3. 

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

Bakı. «İnter Arena»

 

İnter: 1. Səlahət Ağayev, 3. Denis Silva, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 27. Adrian Skarlatake, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad.

Baş məşqçi: Zaur Svanadze.

 

Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 42. Kamran Abdullazadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 66. Afşin Esmaeilzadə.

Baş məşqçi: Samir Abasov.