vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜƏLLİF  
09:00 | 11 sentyabr 2012 | Çərşənbə axşamı Məqaləyə 3033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çağdaş dünyada «guya»laşma»

İnsanın xaosla barışmaması

Niyazi MEHDİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir ilginc alman filosofu var, Adorno, yazmışdı ki, insan öz içində xaosu sevmir. Ondan qabaqsa baş-qa bir alman filosofu, - dahi Kant tez-tez "anlayışın altına gətirmək" deyimini işlədirdi. İndi biz bu iki diskursu birləşdirsək, söyləyə bilərik ki, insan xaosla rastlaşanda qarmaqarışıqlığı hansısa anlayışın və ya simvolun altına gətirməklə düzümə salıb içindəki xaosdan qurtulur. Nəyisə anlayışın, simvolun altına salmaq anlayışla, simvolla eyniləşdirməyi, identifikasiya etməyi bildirir. Əski türk və Çin təqvimində illərin heyvanlarla rəmzləşdirilməsi ondan gəlirdi ki, insan çevrəsində xaosu sevmirdi və xaosdan qurtulmaq üçün qarmaqarışıq olanları hansısa simvolun altın salırdı.

Təqvimdə heyvan rəmzləri
Bax, bütün bu xarakteristikalar elmə gülünc görünür. Bəs onda nədir bizə bu rəmzlərin belə ləzzət verməsi və heyvan rəmzləri olmasa, yeni il ideyasının öz gözəlliyini xeyli itirməsi? Səbəb odur ki, bir ilin içinə olaylar və insanlar xaosu toplanır. Bax, bu durumda bizlər ki, içimizdə və dışımızda xaosu sevmirik, xaosu ortadan götürmək üçün istəyirik anlayış, simvol tapıb ilin adamlarını və olaylarını on-larla identifikasiya edək. Beləcə, xaosla savaşda dadımıza min illərdən qalma Türk-Çin simvolları ça-tır.
Simvolların bir funksiyası da var. Onlar düşüncələrimizə ölçü nöqtələri, parametrləri verirlər. Məsə-lən, çağımızda dürlü ölçülər əsasında qruplar yaratmaq, statistikalar vermək (ən çox siqara çəkən mil-lət, ən çox qoyun əti yeyən ulus və s.) sevimli məşğuliyyətə çevrilib. Bu tip qruplardan biri də İt ilinin ünlü kəsləridir. Bəlli olur ki,  Bricit Bardo, ser Uinston Çörçüll, Sofi Loren İt ilinin dünyaya verdiyi ərməğanlardır. İt ili beləcə adamlar xaosunu bir qrupa salır. Bundan sonra kimsə Çörçüllə Bricit Bardonun gizli kosmik ilişgiləri üstündə bütöv bir nəzəriyyət qura bilər. Və İt ilində doğulmuş minlərlə qadın Bricit Bordo ilə bir qrupda olmasından, onlarla siyasətçi isə Çörçül qrupunda bulunmasından psixoloji enerji və davranış prinsipləri ala bilər.
Gerçəklik və şərtilimk prinsipləri
Bütün bu giriş söhbətindən sonra əsas mətləbə keçim. Avropada elm başqa düşüncə tərzlərinə qələbə çalanda məsələni belə qoydu ki, nəyisə nəzəriyyə kimi, əxlaq kimi, yaşamaq kimi quranda başlanğıc-da və yaxşı olar ortada, sonda doğruya, gerçəyə, yəni həqiqətə söykənəsən. Deməli, "gəlin, elə-belə oynayaq", "gəlin, yalandan düşmənçilik edək", "gəlin, yalandan müxalifətçilik edək" olmaz. Bax, elmin bu prinsipinə qarşı duran çox sahələr vardı, biri  də incəsənət idi - məsələn, söyləyirdi ki, bədii həqiqət elmə baxanda yalan, uydurma görünə bilər, ancaq açdıqları daha dərin həqiqət ola bilər. Çağımızda "oyun qaydaları" prinsipi elmin acığına xeyli işləkləşib. Bu prinsip məsələn, deyir ki, sən simic adam deyilsən, ancaq biznesin oyun qaydalarında oynayanda simiclik etməlisən. Sən qısqancsan, ancaq aktrisanın əri olmağa razı olmusansa, oyun qaydasına görə qısqanc olmamalısan. Beləcə, necə ki, türk təqvimi hər ilin olayları, hər ildə doğulan adamlarla bağlı xaosu ortadan götürüb qruplaşdırmalar, düzlənmələr yapmaq üçün BƏHANƏLƏR, ölçülər, parametrlər verir, eləcə də çağımız ƏSL OLANLARI oyun qaydaları ilə əvəz edir. Post-modernizm toplumun ən gözlənməz yerlərində insan-lara əslə görə yox, oyun qaydalarına görə filan cür davranmağı şərt edir. Post-modernist mədəniyyət-lərdə, artıq dürlü institutlar yaranır ki, insan konfliktlərini, insan yarışlarını, insan fərqlərini gerçək nifrətdən, qısqanclıqdan çıxarıb virtuallaşdırsın, oyun variantlarına çevirsin. Azərbaycanın bütün bunları mənimsəməklə bağlı ciddi çətinlikləri var. Əslində inqilablar, çevrilişlər çağında hakimiyyət-müxalifət ilişgiləri yakobinçi nifrətdə, düşmənçiliyində idi. Demokratiyada isə yavaş-yavaş bu düşmənçilik "gəlin düşmənçilik oyununu oynayaq" formasına çevrilir.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)