vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
13:14 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 1498 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zığ yolu bağlandı

İki avtobusun hərəkət istiqaməti dəyişdirildi

GÜLNAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün səhər saat 10-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar Zığ yolunda - Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Virtualaz.org xəbər verir ki, təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələrini, sərnişin avtobuslarının təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib.

Belə ki, adı çəkilən marşrut xətləri üzrə avtobuslar alternativ olaraq Rövşən Göyüşov küçəsi (6 saylı Vərəm Xəstəxanası) ilə hərəkət edərək (Bahar Enerji istiqamətində) Hövsan yolu ilə əlaqələnəcək. Rövşən Göyüşov küçəsinin ümumi uzunluğu 4,8 km-dir. Hatəm Allahverdiyev küçəsində Zığ yolunun bağlanması Hövsan yolu ilə şəhər istiqamətində və əksinə, Hövsan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyəcək.

Yolun bağlanmasının, həmçinin «Bakubus» MMC-nin xəttə çıxan avtobuslarına təsiri olmayacaq.