vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
09:17 | 16 avqust 2013 | Cümə Məqaləyə 3019 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Maaş artımı, inflyasiya və sığorta»

İnflyasiya

Niyazi MEHDİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Maaşları artırmaqla ilgili bir kontr-arqument var. Bu artımın iqtisadi durumun sistemində yetərincə əsası yoxdursa, inflyasiya törədir. Yəni bazarda dayağı olmayan manatlar çox olursa, öncələr bir manata aldığını iki manata alırsan. Deməli, iki manat öncəki bir manata bərabər olur. İki manatın öncəki bir manata bərabər olması isə manatın dəyərdən düşməsidir.

Yadımdadır, bir zamanlar maaşların artırılmasının alovlu tərəfdarı olan mən,  axı, maaşa baxırdım, birdən düşündüm ki, onlar artsa, biz yerində qaçan adama oxşayacağıq. Yuxudakı kimi, sanki qaçırıq, di gəl irəli çıxmırıq. Guya pulumuz artır. Ancaq manat dəyərdən düşəndən sonra bir manata aldığımızı iki manata alırıq. Pul çox, alıcılıq qabiliyyəti isə yox.
Naşıların da ağlına ideya gələ bilər
Mən iqtisadiyyatla heç vaxt ciddi məşğul olmamışam. Hərçənd orada fiziki yox, virtual xarakterli vahidlərin, olquların fiziki nəticələr verməsi bəndənizi çox ilgiləndirib. Söylədiyimin açımı belədir: iqtisadiyyatda böhranı və ya dirçəlişin təkcə tavarlar (əmtəələr) yox, həm də bazarda “görünməz əl” tipində virtuallıqlar yaradır.
Beləliklə, iqtisadiyyatda naşı olsam da, düşünürəm ki, bəzən “dəlidən doğru xəbər” prinsipində naşı adam da dəyərli nəsə deyə bilər. Bax, bu ümidlə mən inflyasiyanı artırmadan  maaşları artırmağın bir yolunu göstərmək istəyirəm. Ancaq öncə bəzi dayaqları qurum.
Birinci dayaq
Avstriya filosofu, ona 20-ci yüz ildə fəlsəfənin axırıncı maqikanı da deyirlər, Karl Popperin bir dedisi ömrüm boyu yadımdan çıxmayacaq: “Dövlətin işi vətəndaşlarını mutlu, xoşbəxt etmək deyil. Çünki hərə xoşbəxtliyi bir nəsnədə görür. Biri evlənməkdə, biri boşanmaqda, biri var-dövlətdə, biri hippilər kimi sadə yasamda”.
Dövlətin işi çoxlarını bədbəxt edən olaylardan vətəndaşları qurtarmaqdır. Məsələn, 4-5 yaşında uşağı olan adamları bir düşüncə bədbəxt edir: mən ölsəm, bu uşaq nə olacaq?! Bu kasıbçılıqda və pis təbabətdə anam ağır xəstələnsə, nə edəcəm?! Bu imkansızlıqda, maşınım divara sürtülüb əzilsə, nə yapacam?!
İkinci dayaq
Son dörd-beş ildə Amerikada baş verən təbii fəlakətlərdən bir səhnə çox mat qoyurdu: adamın evini qasırğa vurub dağıtsa da, xoş təbəssümlə faciəsindən danışırdı. Bu nə idi, arsızlıq, yoxsa ekranda təbəssümlü görünmək tipində amerikan xasiyyəti?!
Çox-çox sonralar anladım ki, səbəb evin sığortalanmasıdır. Azərbaycanda evinin yanmasını, ölüm-itim, olmasa, çox varlı qadın yanağını cırmadan qarşılar. O biriləri isə üz-gözünü cırıq-cırıq edərlər. Amerikada isə elə deyil. Çünki amerikalı ev sahibinin maaşı sığortanın pulunu verməyə imkan verir. Bizim isə maaşlarımız elədir ki, nə tibb üçün, nə ev üçün yüksək sığorta pulu verə bilmirik. Yalnız bəzi məcburi hallarda verməli oluruq.
Bu durumda öncələr mənə gülməli görünən hallar ağıllı açılır. Pianoçunun çörəyi barmaqlarından çıxır. Onun barmaqlarını sığortalamasının anlamı odur ki, barmaqlarına bir şey olsa, dolanışıqla təmin olunsun. Bir vaxtlar absurd olay kimi Cenifer Lopesin yanbızını sığortalaması haqqında söz-söhbət gəzirdi. Buna mən də gülmüşdüm. İndi isə düşünürəm ki, əgər onun aktyorluq karyerası, fotosessiyalardan qazancı fiqurunun bu hissəsindən asılıdırsa, niyə də o yeri sığortalamasın?!  
   
Çıxış yolu
İndi keçək inflyasiya məsələsinə. Ciddi maaş artımının inflyasiya törətməsinin qarşısını almağın bir yolu odur ki, maaşa artırılan pul insanın cibinə getmir, avtomatik olaraq evinin, sağlamlığının, uşaqları üçün həyatının sığortasına gedir. Yəni sığorta edir ki, uşağının filan yaşınacan o, vəfat etsə, balası ayda filan qədər pul alsın.  Beləcə, pul bazarı doldurub ucuzlaşmırdı. Əvəzində Popperin söylədiyi dövlət qayğısı yaranırdı. Yəni insanlar ölüm, yanğın, xəstəlik kimi bədbəxtçilikdən sığortalanardı.
Mənim üçün və güman, çoxları üçün ilginc olardı irəli sürdüyüm bu ideyaya iqtisadçıların baxışları. İdeya düzdürsə, sözsüz, total sığortalanmanın hansı qaydada aparılması, korrupsiya fırıldaqlarının qarşısının necə alınması ayrıca konu olmalıdır.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)