Ruslar hücuma keçəndə nə etməli...
Müdafiə Nazirliyi təlimat yaydı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
Bir milad yazışması
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
-
Azərbaycanlı “Qurd”
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
Rusiya ilə NATO arasında gərginliyin günbəgün artdığı bir vaxtda Litvada Müdafiə Nazirliyi əhalini rusların potensial hücumuna hazırlamaq üçün təlimat-büroşüra yayır.
Virtualaz.org xəbər verir ki, 75 səhifəlik büroşüra on minlərlə nüsxədə dərc olunub, habelə internet üzərindən yayılır. Təlimatın əvvəlki versiyası ötən il dərc edilmişdi və indi Müdafiə Nazirliyi sənədi genişləndirərək daha detallı şəkildə yayıb.
Təlimatda Rusiya qoşunlarının Litvaya hücumu zamanı əhalinin necə hərəkət etməli olduğu göstərilir. Müdafiə Nazirliyinin təlimatına əsasən əhali mümkün qədər sığınacaqlarda, habelə meşəlik ərazilərdə gizlənməli, partizan müqaviməti üçün hazırlıqlara başlamalıdır. Habelə büroşürada meşəlik ərazidə, vəhşi təbiətdə sağ qalmağın yolları başa salınır.
Sənəddə deyilir ki, Rusiya öz qonşularına hücum etməkdən çəkinmir və Litva potensial hədəflərdən biridir. Büroşürada Rusiya ordusunun müxtəlif tipli tankları, ammunisiyaları və minaları təsvir olunur. «Ən mühüm olanı budur ki, vətəndaşlar ayıq-sayıq olsunlar və müqavimət göstərmək iradəsini əldən verməsinlər. Bu elementlər olanda təcavüzkar hərbi müdaxilə üçün mühit yaratmaqda çətinlik çəkəcək»-Müdafiə Nazirliyi bildirir.
Bu sənədin yayılması NATO ölkələrinin Baltik regionunda və Şərqi Avropada Rusiyanın potensial hücumuna qarşı batalyonlar yerləşdirdiyi bir vaxtda baş verir. 2017-ci ildə alyans Şərqi Avropada dörd batalyon yerləşdirəcək, bunlardan biri Polşada, qalanları Baltik ölkələrində dislokasiya olunacaq. ABŞ isə 900 hərbçi və tankla yerləşdirəcəyini açıqlayıb.
Lakin bu günlərdə ABŞ-ın nüfuzlu «RAND Corporation» şirkəti Pentaqonla birgə keçirdiyi növbəti təlimlərin nəticələrinə əsasən bildirib ki, Şərqi Avropadakı NATO qüvvələri Rusiyanın Baltik ölkələrinə hücumunun qarşısını almaq üçün yetərli deyil, olduqca cüzidir. Vəd olunan batalyonların yerləşdirilməsindən sonra NATO-nun şərq cinahında cəmi 4 minə qədər canlı qüvvə olacaq ki, hazırda Rusiyanın təkcə Kalininqrad vilayətində on minlərlə hərbçisi, minlərlə texnikası var. Rusiyanın Qərb hərbi dairəsinin qüvvələri isə 360 min nəfərdir. «RAND Corporation» bütün bunları hesablayaraq bildirib ki, Rusiyanın üç Baltik ölkəsinin paytaxtını tutmasına əvvəl hesab edildiyi kimi 60 yox, cəmi 36 saat vaxt lazım olacaq.