vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
XADİM  
13:51 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 3209 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç biri ilə razı deyiləm»

Novella Cəfəroğlu: «Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyahısını tanıyıram»

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda radikal müxalifət düşərgəsində «siyasi məhbus» müzakirələri pik həddə çatıb. Oktyabrın 17-də Xədicə İsmayılın 94 nəfərlik «siyasi məhbus» siyahısı, oktyabrın 18-də isə Leyla Yunus, Oqtay Gülalıyev və Elşən Həsənovun birgə hazırladığı 166 nəfərlik «siyasi məhbus» siyahısı təqdim olunub.

Müxalifət funksionerlərinin siyahılara münasibətləri isə fərqlidir. Bəziləri bu müzakirələrdə neytral qalmağa çalışsa da, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura ikincilərin hazırladığı siyahıya dəstək verib.

Milli Şuranın sədri Cəmil Həsənli Xədicə İsmayılın siyahısının natamam olduğu fikrindəykən, AXCP sədri Əli Kərimli də öz növbəsində Leyla Yunusun iştirakı ilə hazırlanan siyahının düzgün olduğunu bildirib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Modern.az-a açıqlamasında bu haqda danışıb. O, heç bir tərəfin siyahısını tanımadığını bəyan edib.

«Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyasi məhbus siyahısı dəqiqdir».

O qeyd edib ki, Azərbaycanda hər iki siyahıda yer alan qədər siyasi məhbus yoxdur: «Mən nə birincinin, nə də ikincinin siyahısı ilə tanışam. Eyni zamanda heç biri ilə də razı deyiləm. Azərbaycan da bu qədər siyasi məhbus yoxdur.

Bizim siyahıya görə, ölkədə cəmi 10 siyasi məhbus var, adlarını da açıqlamıram».