vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SAĞLAMLIQ  
23:41 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 1974 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünya nədən qorxur?

Rəqəmlərin dili ilə

Qafar AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«İPSOS Mori» araşdırma şirkəti tərəfindən «Dünyanı nə qorxudur?» başlıqlı araşdırması yayımlanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın bir neçə ölkəsindən sorğuya qatılanlara, «Sizi ən çox narahat edən nədir?» sualı ünvanlanıb.

Sorğuda 25 ölkədən 65 yaşa qədər olan insanlar online iştirak edib. Türkiyə terrorizm qorxusunun ən çox yaşandığı ölkə olaraq diqqət çəkib.

Cavablarda hər ölkədə fərqli qorxular olduğu ortaya çıxıb. Terrorizm qorxusu Türkiyə ilə yanaşı Fransa və ABŞ-da da ciddi narahatlıq səbəbidir. Bu göstərici Türkiyədə 76 faizdir.

Türkiyəni 55 faizlə Fransa, 45 faizlə İsrail, 38 faizlə Belçika və 35 faizlə ABŞ izləyib.

Araşdırmada işsizlik qorxusunun İspaniyada çox olduğu göstərilib. Respondentlərin 74 faizi bu qənaətdədir.

Modern.az sorğuda iştirak edən başlıca ölkələrin qorxuları üzrə statistikanı təqdim edir.

İşsizlik qorxusu: İspaniya 74 faiz, İtaliya 66 faiz, Avstraliya 38 faiz

Kasıblıq qorxusu: Rusiya 57 faiz, Almaniya 45 faiz, Yaponiya 39 faiz

Şiddət qorxusu: Meksika 60 faiz

Əxlaq pozğunluğu qorxusu: Çin 43 faiz

Qaçqın qorxusu: İngiltərə 42 faiz