vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
09:18 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 3018 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nə əcəb?!

«Domokl qılıncı» kimi asılmış təhlükənin, qorxunun arxasındakı əl İrandır

Fəxri HACIBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda İran agenturasının həbsinə başlanılıb. Və heç düşünmədən adamın ağlına ilk sual gəlir. Nə əcəb?!

Yəqin qəti olaraq anlaşılıb ki, bu millətin üzləşdiyi bütün fəlakətlərin altında nə rus, nə ingilis, nə erməni, nə iblis.., bir imza var - İran. Bunun həm tarixi gələnəksəl, həm dini-ideoloji-konfessional, həm geostrateji, həm hərbi-siyasi, həm də bir sürü digər səbəbləri var. İranın hətta parçalanmış, kiçicik bir şəhərə sığınmış variasiyası belə bizim üçün böyük təhlükədir və bu təhlükənin öldürücülük əmsalı bütün digərlərinin birlikdə təsirindən daha güclüdür. 

Bu rejimin Azərbaycan daxılındəki agentura şəbəkəsi bütün digərlərinin hamısından daha effektivdir. Çünki bu şəbəkə daha məkrli, daha dərinə kök atmış, daha geniş şaxəli və daha qorxunc, ondan da artıq daha murdar metodlarla fəaliyyət göstərə bilən struktura malikdir. Aşkarlanması olduqca çətin, profilaktikası isə ondan da çətindir. 

Təhsildən tutmuş səhiyyəyə, hərbidən tutmuş ictimai iaşəyə, dövlət idarələrindən tutmuş qeyri-hökumət təşkilatlarınadək, süpürgəçidən, dəlləkdən, taksi sürücüsündən başlamış generala, professoradək hər sahədə bu murdar rejimin əlaltıları gözə girməkdə, əl-ayağa dolaşmaqdadır. Onlar cəzasızlıqdan və arxalarındakı gücün həyasızlığından o dərəcədə arxayınlaşıblar ki, hətta gizlənməyi, maskalanmağı belə gərəkli saymırlar. Çox vaxt əyilib-gizlənmədən açıq-aşkar, ayaq-üstə fəaliyyət göstərirlər. Sifarişli qətllər, terror, dövləti sabotaj, düşünən beyinlərin başının üstündən «Domokl qılıncı» kimi asılmış təhlükənin, qorxunun arxasındakı əl İran əlidir. Millətin, dövlətin boğazından yapışmış bu əllər kəsilmədən heç bir sahədə inkişafdan söhbət gedə bilməz.

Bunlara qarşı qətiyyətli və amansız olmalı və «bütün metodlar keçərlidir» prinsipiylə davrandmalıyıq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)