vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
19:32 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2731 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Daxmada yaşayası deyiləm ki?»

Nehrəmli Hacı İbrahim: «Yaxud, ucuz paltar geyinməyəcəm ki?»

MÖVZU İLƏ ƏLAQƏLİ

İflasa uğramış fantastik «Xəzər adaları» layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli (İbrahimov) iddia edir ki, o, özünün brend geyimlərindən və saatlarından, hətta yas yerinə gedəndə başdan ayağa «Stefano Ricci»idən geyinməsindən bəhs edən müsahibə verməyib. Xatırladaq ki, Hacı İbrahimin adından həmin müsahibəni ölkə.az saytı yayıb.

Virtualaz.org saytı Azərbaycan Beynəlxalq Bankına olan yüz milyonlarla dollar krediti qaytara bilməyən, fəhlələrə də borclu qalan iş adamının biznesinin çökdüyü bir vaxtda nədən borclarını qaytarmaqla məşğul olmayıb dəbdəbəyə pul xərclədiyini sual edib. Nehrəmli Hacının dedikləri habelə sosial şəbəkələrdə geniş rezonans doğurub.

Və bu gün Hacı İbrahim müsavat.com-a deyib ki, o, heç bir müsahibə verməyib və sayt müsahibəni «The New York Times» qəzetinin bir neçə il əvvəl barəsində yazdıqlarından götürüb, «yeni interpretasiyada» təqdim edib.

Sitat: «Əslində, heç mənim o müsahibədən xəbərim yoxdur. Onu haradansa götürüblər, o geyimləri də yazıblar.  Mən iki ilə yaxındır xaricə getmirəm, ölkədən çıxışıma qadağa qoyulub. Xaricə getməmişəmsə, o brend paltarları haradan və necə almışam?  Mən həmin saytın rəhbərliyi ilə əlaqə saxladım, onlar bu materialı «New York Times» qəzetində çıxmış  müsahibəmdən götürüb, hazırlayıblar. Yeni formada veriblər».

Nehrəmli gizlətmir ki, həmişə brend geyimlər geyinib, dəbdəbəli avtomobillər sürüb. Ancaq deyir ki, bizneslə məşğul olan biri kimi onun geyimləri müzakirə mövzusu olmalı deyildi. «Azərbaycanın ilk rəsmi biznesmenlərindənəm. Daxmada yaşayası deyiləm ki? Yaxud, ucuz paltar geyinməyəcəm ki?»-nehrəmli İbrahim deyir.

Virtualaz.org ölkə.az-la əlaqə saxlayıb, Hacı İbrahimin müsahibəsinin qurama olub-olmadığını dəqiqləşdirib. Saytın redaktoru Məmməd Gülməmmədov bildirdi ki, həmin müsahibəni onlara əməkdaşlardan biri təqdim edib. «Həmin müəllifin Hacı İbrahimlə yaxın əlaqələri, ünsiyyəti var. O, Hacı İbrahimlə söhbət edib, geyim zövqü barədə suallar verib və söhbət əsasında müsahibə hazırlayıb bizə təqdim edib. Həmin söhbətin lent yazısı da var, biz onu bəzi əlavə sualları çıxarıb redaktə edəndən sonra saytda yayacağıq» - M.Gülməmmədov müsahibənin qurama olduğu haqda deyilənləri təkzib edərək bildirib.

Qeyd edək ki, «The New York Times» bir neçə il əvvəl Hacı İbrahim və onun layihəsi barədə reklam xarakterli geniş məqalə dərc etmişdi. Ancaq həmin məqalədə Hacının indi geyimlər barədə dediklərinin heç biri yoxdur. Orada ümumi şəkildə qeyd olunur ki, iş adamı dəbdəbəli avtomobillərdə gəzir və brend geyimlər geyir.