vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
19:35 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 2529 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Boeinq 777» avtopilotda olub

Malaziya təyyarəsi qəzaya uğrayan vaxtı onu heç kəs idarə etməyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Peykdən əldə edilən dəlillərə əsasən, 2014-cü il mart ayında Hind okeanında yoxa çıxan Malayziyanın MH 370 təyyarəsi heç kim tərəfindən idarə olunmayıb. Avstraliyanın Nəqliyyat Təhlükəsizliyi Bürosu bu barədə dünən Sidneydə 239 sərnişinin olduğu təyyarənin gələcək axtarışlarına dair ekspertlərin toplantısı zamanı bəyanatla çıxış edib.

MH 370 təyyarəsinin axtarışı ilə məşğul olan büronun direktoru Peter Foley müxbirlərə deyib ki, expertlər təyyarənin tapılan hissəsini nəzərdən keçirdikdən sonra bu nəticəyə gəlib.

«Təyyarənin qanadının parçasında aparılan təhqiqatdan biz bu nəticəyə gəlmişik ki, təyyarə qəzaya uğrayan an eniş üçün hazır olmayıb. Siz təyyarənin bu an idarə edilib-edilmədiyi barədə özünüz istədiyiniz izahatı verə bilərsiniz» - deyə Avstraliya nəqliyyat təhlükəsizliyi bürosunun direktoru Peter Foley bildirib.

Avstraliyalı təhqiqatçılar inanır ki, təyyarənin yanacağı qurtararaq okeana düşən an o, avtopilotda olub. Yoxa çıxmazdan əvvəl təyyarə Kuala Lampurdan Pekinə səmt götürmüşdü.

İki il yarım müddət itkin düşən təyyarənin bir neçə hissəsi Hind okeanı sahillərində tapılıb. «Boeinq 777» təyyarəsinin qəzaya uğradığı yer müəyyən edilməyib.

Təyyarənin qanadının təhqiq edilən hissəsi Tanzania sahilində aşkar edilib.