vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
18:10 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2270 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Minaaxtaranların lifti qırıldı

ANAMA-nın əməkdaşlarından yaralananlar var

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yerləşdiyi binada liftin trosunun qırılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Agentlikdən APA-ya bildirilib ki, hadisə dünən axşam saat 18.00 radələrində - işçilər evə gedərkən baş verib. Bu gün mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

«Müəyyən edilib ki, liftin trosu qırılmayıb. Sadəcə lift normadan çox yükləndiyindən avtomatik əyləc sistemi işə düşüb və lift sərt şəkildə dayana-dayana aşağı enib. Nəticədə əməkdaşlar yüngül xəsarət alıblar», - deyə ANAMA-dan bildirilib.

 

***


Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saat 21.30 radələrində qeydə alınıb.

Yeddi mərtəbəli binanın 3-cü mərtəbəsində tros qırıldığından lift şaxtaya düşüb. Nəticədə liftə olan şəxslər – 1965-ci il təvəllüdlü Aydın Məmmədov, 1979-cu il təvəllüdlü Faiq Heydərov, 1977-ci il təvəllüdlü Samir Poladov, 1955-ci il təvəllüdlü Musa Cəlalov, 1976-cı il təvəllüdlü Ceyhun Quliyev, 1980-cı il təvəllüdlü Emil Raviloğlu, 1983-cü il təvəllüdlü Samirə Xəlilova və 1981-ci il təvəllüdlü Günel Qasımova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Onların xəsarəti yüngül olub.