vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TƏHSİL, DİN  
19:37 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2832 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3000 müəllimin maaşı artırıla bilər

Məhəbbət Vəliyeva: «Bununla bağlı iş aparılır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirilməsində təxminən 3 minə yaxın müəllim iştirak edəcək. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

İdarə müdiri qeyd edib ki, bu ilin dekabr ayının əvvəlində Bakı şəhərində əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq:

«Təbii ki, bu da müəllimlərin əməkhaqlarının artırılmasına xidmət edir. Ötən illərdə Bakıda işləyən müəllimlərin təxminən 28 mini qiymətləndirmədə iştirak edib. Hazırda qiymətləndirmə üçün təşkilati işlər aparılır».

Qeyd edək ki, qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması orta hesabla 1,5 dəfə, əməkhaqqı isə iki dəfə artırılacaq.