vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
12:21 | 4 noyabr 2016 | Cümə Məqaləyə 1885 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yüzlərlə insan ölüb»

Liviya sahillərində gəmi qəzaları

MÖVZU İLƏ ƏLAQƏLİ

Liviya sahillərində baş verən iki gəminin qəzaya uğraması nəticəsində 239-dan çox miqrant ölüb, miqrasiya rəsmiləri bildirirlər.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Karlotta Samiyə hadisədən salamat çıxaraq İtaliyanın Lampeduza adasına çatan iki nəfər bildirib.

Hazırda ölənlərin cəsədləri tapılmayıb. Belə görünür ki, onların əksəriyyəti Qərbi Afrika sakinləri olub.

Beynəlxalq Miqrasiya Təşkilatına əsasən ilin əvvəlindən bəri Şimali Afrikadan Avropaya getməyə cəhd edərkən 4,200 miqrant həlak olub.

BMT güman edir ki, 2016-cı ildə miqrantların ölüm səviyyəsi ən yüksək həddə çata bilər.