vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
02:17 | 5 noyabr 2016 | Şənbə Məqaləyə 1165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Pekindən Londona qədər …»

Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryolu xətti barədə

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı gözlənilir. Bu, Pekin və London arasında dəmiryolu əlaqəsinin ən vacib hissəsi olacaq». Bunu İstanbulda keçirilən Maliyyə Konqresində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

«Anadolu» agentliyi xəbər verir ki, prezident həmçinin bildirib ki, səkkiz il davam edən qlobal böhranın neqativ nəticələrini yalnız islahat yolu ilə aradan qaldırmaq mümkündür.

Onun sözlərinə görə, dəyişikliklərin baş verməməsi onunla nəticələndi ki, dünya iqtisadiyyatı hələ də 2008-ci ilin həcminə çata bilməyib.

R.T.Ərdoğan vurğulayıb ki, ciddi çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ümumdünya göstəricilərini üstələyən artım göstərib: «Eyni zamanda böyük dövlətlərin orta inkişaf göstəriciləri 2 faiz səviyyəsindədir». 

O diqqətə çatdırıb ki, Türkiyədə iqtisadi inkişaf tempi 3-4 faiz civarındadır, baxmayaraq, ölkə qeyri-sabit regionda yerləşir.

«Qlobal iqtisadi böhran başlayanda demişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri mənim sözlərimə qeyri-ciddi yanaşdı. Ancaq reallıq onu göstərdi ki, 2009-cu ildə cüzi geriləmə istisna olmaqla, Türkiyənin iqtisadiyyatı rekord sürətlə artdı. Bundan başqa, ölkədə dövlət çevrilişinə cəhd oldu. Buna baxmayaraq, meqalayihələrin reallaşması davam etdirildi», - R.T.Ərdoğan deyib.