vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
23:32 | 6 noyabr 2016 | Bazar Məqaləyə 2133 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Roma Papası məhbusların ləyaqətinə hörmət etməyə çağırıb

Fransis azadlıqdan məhrum edilənlərin iştirakı ilə dua mərasimi keçirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Roma Papası Fransis dünyanın siyasi liderlərini məhbusların ləyaqətinə hörmət etməyə və mümkün olduğu halda onları əfv etməyə çağırıb.

Papa Fransis bazar günü Müqəddəs Pyotr kilsəsində dünyanın 12 ölkəsindən mindən çox məhbus və onların ailə üzvləri, habelə həbsxanalarda din xadimləri və könüllülərin iştirak etdiyi dua mərasimində xitabət edib.

«Bəzən müəyyən ikiüzlülük insanların sizə yalnız canilər kimi baxmasına və sizlərin yalnız həbsxanada düzələcəyinə inanmasına gətirib çıxarır» - deyə Roma Papası bildirib.

Papa Fransis «təkcə cəzalandırma xarakteri daşımayıb, qanunu pozan şəxsə ümid verə və cəmiyyətə yenidən inteqrasiya ola bilməsinə imkan yarada bilən bir ədalət sisteminin» yaradılmasına çağırıb.

Roma Papası məhbuslara bütün insanların «səhvə yol verdiyini» deyib və onları Allahın mərhəmətinə ümidlərini itirməməyə çağırıb.

Messa Vatikanın elan etdiyi bu ay sona çatan Müqəddəs Mərhəmət ayının bir hissəsi olaraq keçirilib. Messadan sonra Roma Papası Fransis Müqəddəs Pyotr meydanında yağışa baxmayaraq toplaşmış on minlərlə insana bazar günü ənənəvi xeyir-dua verib.

Papa Fransis dünya ölkələrində ölüm cəzasının ləğv olunmasına çağırıb. Roma katolik kilsəsinin başçısı eyni zamanda şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasının da əleyhinə olduğunu bildirib.