vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ENERGETİKA  
23:35 | 6 noyabr 2016 | Bazar Məqaləyə 2374 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrail TAP və TANAP-ı yaxından izləyir

Tel-Əviv öz qazının Avropaya bu xətlə nəql edə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail öz qazının Avropaya Transanadolu boru kəməri (TANAP) vasitəsilə nəql olunması barədə düşünür. Modern.az saytı «Trend»ə istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. Səfir bu variantın onlar üçün maraqlı olduğunu bildirib.

D.Stav xatırladıb ki, ötən ay İsrailin energetika naziri Yuval Ştaynits Ankaraya səfəri zamanı İsrail qazının TANAP vasitəsilə nəql olunması məsələsini türkiyəli həmkarı Bərat Albayrakla müzakirə edib.

Səfirin sözlərinə görə, İsrail TANAP və TAP qaz kəməri layihələrinin reallaşdırılmasını yaxından izləyir.

D.Stav onu da qeyd edib ki, İsraillə Türkiyə arasında münasibətlər yaxşılaşır, Azərbaycanla münasibətlər isə yüksək səviyyədədir.