vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
00:39 | 7 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 2744 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sevincdən ürəyim partlayır»

Çingiz Abdullayev «Neftçi»nin qələbəsindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi» Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev komandasının qələbə sevincini ölkədən kənarda yaşayıb. Hazırda Bosniya və Herseqovinada səfərdə olan Çingiz Abdullayev Modern.az saytına bildirib ki, «Neftçi»nin «İnter» klubu üzərindəki 2:1 hesablı qələbə xəbərini Bristol hotelində alıb.

«Neftçi»nin uğuruna hədsiz sevindiyini bildirən Çingiz Abdullayev komandasından bu qələbəni gözlədiyini vurğulayıb: «Sevincdən az qala ürəyim partlayır. Son zamanlar bir qədər zəif oyun sərgiləyən komanda bu gün öz sözünü deyib. Bu 3 xal «Neftçi» üçün çox vacib idi. Bu gün daha çox yerli oyunçulara üstünlük verilmişdi. Onlar da yaşıl meydanda özlərini doğrultdular. Bundan sonrakı oyunlarda da yerli oyunçulara üstünlük veriləcək. Ümid edirəm ki, komandamız qarşıdakı oyunlarda da ona olan inamı doğruldacaq».